NASA azərbaycanlı şagirdi mükafatlandırıb - FOTO
ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
"Report"un yerli bürosu xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında "Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi" (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.
NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
S.Məmmədovanın atası Emil Məmmədov müsahibəsində qızının böyük uğurundan danışıb:
"2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində "Doris" fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar "Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında" (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir".




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1717 Tarix: 03 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini
14 iyunİstirahət günü hava necə olacaq?
İyunun 14-nə olan hava məlumatı açıqlanıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
13 iyunBu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...
Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar
14 iyunXüsusi qabiliyyət imtahanlarına start verilir
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, 22 iyundan etibarə
12 iyunQəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır. xəbər verir ki, bu barəd
13 iyunBu şəxslər 5000 manat cərimələnəcək
Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, barəsind
12 iyunEmin Əmrullayev məzunları təbrik etdi
Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:. "Əziz məzunlar,. Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnı
13 iyunBu ərazilərdə iyun pensiyaları ödənildi
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublik
12 iyun