Əri, qardaşı, yaxını şəhid olan məşhurlar kimlərdir? - Nanə, Elariz, Təranə...
Azərbaycanda 8 noyabr – Zəfər Bayramına sayılı günlər qalıb.
Bəs, Azərbaycanda yaxını şəhid olan məşhurlar varmı? Varsa, onlar kimlərdir?
Sonxeber.az AZXEBER.COM-a istinadən həmin məşhurları təqdim edir.
Müğənni Elariz Məmmədoğlunun qardaşı Qarabağ savaşında itkin düşüb. Müğənninin bildirdiyinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib.
Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdnində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev könüllü olaraq cəbhəyə yollanır və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Cəbrayıl rayonu Polis İdarəsi Cinayət axtarış şöbəsinin rəisi işləyən Z.Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Nəinki Cəbrayılda, Qabarağda xüsusi nüfuza malik olan Zahid Əhmədov vicdanlı məmur olaraq ad çıxarıb. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğul yadigarı qalıb. Əməkdar artistin qardaşı da vətən uğrunda şəhid olub.
Tanınmış aparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhid olub. Bununla bağlı açıqlama verən aparıcı bildirib ki, qardaşı 6 əsgər yoldaşı ilə birgə şəhid olub: "Həmin hadisə bizə çox pis təsir etdi. Qardaşim digər şəhidlər kimi şərəfli ömür yaşadı və biz onunla fəxr edirik".
Müğənni Təranə Qumralının qardaşı Firdovsi Məmmədov da Qarabağda şəhid olub. O, milli ordumuzun ilk şəhidlərindən biridir. Müğənninin bildirdiyinə görə, qardaşı yoldaşları ilə birlikdə düşmənlə saatlarla davam edən döyüşdə böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub.
Xalq şairi, mərhum Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağ döyüşlərində şəhid olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan T.Xəlilbəyli Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4574 Tarix: 05 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabr