Bakıda 12 cibgir ələ keçirildi - VİDEO

Bakıda 12 cibgir ələ keçirildi - VİDEOBakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulublar. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.

Qeyd edək ki, onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən əməliyyat zamanı isə avtobuslarda cibgirlik edən Bədəl Hüseynov və Elman Bəndəliyev də saxlanılıblar. Bu şəxslərin əsasən avtobuslarda insanların sıx olduğu saatlarda 7 qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib. Onlar cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra orada olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər. Bu şəxslərin də törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı da avtobuslarda cibgirliklə məşğul olan Nəsimi Babayev, onunla birgə əlbir olan Azər Misdimov, Elman Əliyev və Adil Hüseynov saxlanılıblar. Onların avtobuslarda etdikləri cibgirliklər toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı isə İsa Əliyev və Tural Məmmədov avtobuslarda cibgirliklə məşğul olduqları üçün saxlanılıblar. Bu şəxslərin ictimai nəqliyyatda 4 qadının çantasından cibgirlik yolu ilə pul kisəsi oğurladıqları müəyyən edilib. Saxlanılan zaman Tural Məmmədovun üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Onların da törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Bu şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.

Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitlər aşkar edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3184   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat

Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl

21 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i

27 oktyabr
.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi

Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs

13 oktyabr
.

"Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş

Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatda

27 oktyabr
.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr