Ermənistanda qorxunc vəziyyət: 80 uşaq xəstəxanaya yerləşdirildi, çarpayı çatmır
Ermənistanda xəstəxanaya yerləşdirilən uşaqların sayı 80-ə çatıb.
Sonxeber.az xəbər verir ki, bunu Ermənistan səhiyyə nazirinin pediatriya məsələləri üzrə müşaviri Sergey Sərkisyan deyib.
"Ötən həftə 70 uşaq idi, indi 80-dir və getdikcə də artır. Hazırda reanimasiya şöbələrində ağır vəziyyətdə olan 2-3 uşaq var", - Sərkisyan bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda uşaq çarpayıları çatışmır, çünki hər gün daha çox yoluxma halları olur və buna görə də çətinliklər yaranır:
"İndi koronavirusun yeni ştammlarının uşaqlara təsirini öyrənirik. Hər halda, bir şey aydındır: yeni ştammın sirkulyasiyası şəraitində uşaqlar daha çox xəstələnirlər. Müsbət diaqnozların faizi artıb".
Erməni ekspert, "Alternativ layihələr" qrupunun üzvü Vaqe Ovannisyan da Ermənistanda koronavirusla bağlı fəaliyyətin milli fəlakətə çevrildiyi bildirib.
"İdarəetmədəki ciddi uğursuzluqlar və cəmiyyətin məsələləri zəif qavraması ciddi fəlakətə gətirib çıxarıb. Bu günə qədər toy mərasimləri, kütləvi əyləncələr keçirilir. Simptomları gizlədib ailələri ilə şənliklərə gedirlər. Yaxşı, vətəndaşlar bunu anlamır, bəs dövlət nə üçün mövcuddur?", - deyə V.Ovannisyan qeyd edib.
Onun sözlərinə görə, dövlət məhz bu cür məqamlarda lazımdır və artıq vaksinasiya üçün çox gecikilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1377 Tarix: 07 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulAnd dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyul"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub
İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub. "Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb. Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin öz
19 iyulAlimlər xəbərdarlıq edir: Dünya sularında oksigen səviyyəsi sürətlə azalır
Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində fəaliyyət göstərən "Scripps" Okeanoqrafiya İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb. Qaynarinfo xəbər veri
23 iyul