Şuşanın azad olunmasından bir il ötür

Şuşanın azad olunmasından bir il ötürBu gün Azərbaycanın, o cümədən Qarabağın incisi, tarixin ən möhtəşəm şəhərlərindən biri sayılan Şuşanın azad olunmasından bir il ötür.

İllərlə Şuşanın həsrəti ilə yaşayan, hər duasında, hər xoş anında Şuşada olmağı, İsa bulağının suyunu içib, Cıdır düzünün əsrarəngiz mənzərəsini seyr etməyi istəyən azərbaycanlıların müqəddəs arzusu məhz ötən ilin bu günü çin oldu. Vətənin bağrından zorla qoparılan Şuşa 28 il sonra azad edildi.

Şəhərin xalqımız üçün önəmi və dəyərini elə azad olunma xəbərini böyük qürur hissi ilə bizə çatdıran Ali Baş Komandan İlham Əliyevin sözləri bütün dünyaya nümayiş etdirdi:

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bəli, 8 noyabr günü biz məhz Əziz Şuşamıza qayıtdıq. Çünki Azərbaycan xalqı üçün Şuşa bir şəhərdən daha artıq anlam təşkil edir. Hətta onu heç zaman görmədən böyüyən nəsillər belə Şuşanı öz əzizi hesab edib. Şuşa həsrəti illərlə ürəyimizdə, həyatımızda, evimizin bir küncündə, xeyrimizdə, şərimizdə bizim bir əzizimiz kimi yanımızda olub. Bu həsrət, bu niskil bizimlə birgə yaşayıb, bizimlə birgə var olub. Ona görə də, Şuşanın azadlığı bizə elə öz əzizimizi qaytarmış kimi sevinc bəxş etdi.

44 günlük müharibənin taleyinin həll olunduğu döyüş

Şəhər 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən işğal olunub. İşğal illərində erməni vandalizmi şəhərdəki Azərbaycan izlərini, şəhərin həqiqi tarixini məhv etməyə çalışsalar da, bunu bacarmadı. Şuşanın hətta bu vəhşilikdən geriyə qalan hər daşında, torpağında belə Azərbaycanın ruhu duyulur.

Ancaq Azərbaycan xalqı bu ədalətsizliklə barışa bilməzdi və buna gec-tez son qoyulmalı idi. Üstəlik erməni baş nazir Nikol Paşinyanın bizim Şuşamızda sərxoş halda təlxəklik etməsi də hər birimizi qəzəbləndirmişdi. Vətən müharibəsinin başlanmasından sonra isə hər birimizin gözü-qulağı cəbhədə, Ali Baş Komandan İlham Əliyevin verəcəyi müjdələrin intizarında idi.

Şuşa əməliyyatını böyük peşəkarlıqla hazırlayan və məqsədə doğru inamla irəliləyən Azərbaycan ordusu döyüş meydanında hər ötən gün Şuşa zəfərinin əsaslarını qüvvətləndirirdi. Cəbrayıl, Füzulinin, onların ardınca Zəngilan və Qubadlının əsarətinə son qoymaqla Azərbaycan igidləri Laçına ayaq basdı. Artıq Şuşa əməliyyatı üçün həlledici addımlar atılmış, düşmənin təminat yolları bağlanmışdı, ölümcül zərbəni endirmək an məsələsinə çevrilmişdi.

Şuşaya sahib olmaq Qarabağın sahibi olmaq anlamına gəlir. Odur ki, bu döyüşlərə düşmən tərəfi də hazırlaşırdı. Lakin düşmən nə qədər çalışsa da, Azərbaycan xalqının Şuşa sevgisi qarşısında aciz idi. Onlar bu sevginin hərbçilərimizə hansı qüvvəti verdiyini sadəcə dərk edə bilməzdilər.

Həmin igidlər Şuşaya təhlükələrlə dolu, təbii maneələrin keçilməz sədd yaratdığı yolla getdi. Bu yola tarixi qələbəmizdən sonra Zəfər yolu adı verildi. Döyüş vaxtı Azərbaycan əsgərinin Şuşa həsrətinin əyani təsvirinə çevrilən Zəfər yolu müharibə başa çatdıqdan sonra ordumuzun yenilməzlik, şücaət simvoluna çevrildi. Həmin keçilməz yolu qət etməyə Azərbaycan əsgərinə Vətən sevgisi və qəhrəmanlıq kömək oldu.

Şuşa əməliyyatı döyüşlərin gedişində həlledici rol oynadı, düşmən tərəfə ağır zərbə vurdu. Şuşa əməliyyatının düşmənə vurduğu sarsıdıcı zərbəni Ali Baş Komandan İlham Əliyev bu sözlərlə ifadə edir:

"Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi".

Şanlı qələbəmizin memarı olan dövlət başçısı öz sözləri ilə Şuşa döyüşlərində Azərbaycan ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığı ortaya qoydu. Bütün dünya müqəddəs amal uğrunda öz lideri ətrafında birləşmiş bir xalqın dəmir yumruğunun separatizm, vandalizm və terrorizmə vurduğu zərbənin gücünü gördü.

Şuşa döyüşlərində misilsiz şücaət göstərən Azərbaycan ordusu demək olar ki, düşmən ordusunun cılız varlığına son qoydu. Döyüş meydanında darmadağın edilən düşmən təslim olmaqdan başqa çıxış yolunun olmadığını dərk etdi.

Şuşa bu gün azadlığının, Vətəninə qovuşmağın ildönümünü qeyd edir. Azərbaycanın mədəniyyət paytaxtında Şanlı bayrağımız qürurla dalğalanır. Üçrəngli bayrağımızın kölgəsində Şuşa şəhərinin azadlığı əbədi olacaq. Azərbaycan var olduqca Şuşa öz əzəmətini, möhtəşəmliyini qoruyub saxlayacaq, bəşər mədəniyyətinə öz töhfəsini verməyə davam edəcək!


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2581   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10 noyabr
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr