Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə "Twitter" hesabında paylaşım edib.
BAKU.WS-in məlumatına görə, paylaşımda deyilir:
"Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarıbülbül çiçəyi coşqu ilə açır.
Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun".
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1020 Tarix: 08 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
8 noyabrŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11 noyabr"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabrMehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin
9 noyabrAİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill
9 noyabr