YAP - dünənin, bu günün və sabahın partiyasıdır

YAP - dünənin, bu günün və sabahın partiyasıdır1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlamışdı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı "Səs" qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 27 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edirəm.

İsrafil Kərimov – YAP veteranı, AJB-nin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1173   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr