Bakıda bəzi ərazilərə su nə üçün qrafiklə verilir? - RƏSMİ AÇIQLAMA

Bakıda bəzi ərazilərə su nə üçün qrafiklə verilir? - RƏSMİ AÇIQLAMAHazırda Bakı əhalisinin 81,6 faizi 24 saat içməli su ilə təmin edilsə də, 18,4 faizinə su qrafiklə verilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, suyun fasiləsizliyi ilə bağlı problem bəzi yerlərdə suyun həcminin azlığından, digər yerlərdə isə texniki imkanların aşağı olmasından qaynaqlanır.

"Məsələn, biz istəsək də yay aylarında Pirşağıya 24 saat su verə bilmirik. Çünki orada kifayət qədər su həcmimiz yoxdur.

Problemin aradan qaldırılması məqsədilə Bakının şərq hissəsində, Saray qəsəbəsindən Pirallahıya qədər üçüncü magistral kəmərin tikintisini təklif etmişik.

Kəmərlərdən biri sovet dövründə tikilib, digəri - Ceyranbatan-Zirə xətti 2013-cü ildə istismara verilib və qalan hissədə də üçüncü xəttin tikilməsi imkan verəcək ki, ora verilən suyun həcmini artıra bilək. Amma elə ərazilər də var ki, buna infrastruktur imkan vermir.

Məsələn, 20-ci sahəni götürək. Orada evlər gecəqondu formasında tikilib. Həmin əraziyə çox su verəndə itkiyə gedir və küçələri su basır.

Digər bir ərazi Yasamal rayonunda, A.M.Şərifzadə küçəsinin üst tərəfidir. Aşağı tərəflərə fasiləsiz su verilir, lakin yuxarı hissələr 24 saat su ala bilmir.

Burada fasiləsizliyi təmin etmək üçün yeni hidrofor sistem qurulmalı və bütün şəbəkə yenilənməlidir ki, təzyiqlə binalara su vermək mümkün olsun.

Orada su anbarımız ATS-in yuxarı hissəsində yerləşir və axar rejimdə suyu açdıqda, İnşaatçılar prospekti, Ələsgər Ələkbərov küçəsi və digər ərazilərə fasiləsiz su vermək olur. Amma yuxarı hissələrdə təzyiq formalaşdırmaq mümkün olmur.

Yaxud Mir Cəlal küçəsini götürək. Küçənin bir hissəsi Binəqədi, bir hissəsi də Nəsimi rayonunun ərazisinə düşür. Həmin küçədə də eynilə bir hissədə suyu fasiləsiz vermək mümkün olsa da, digər hissəsində bu mümkün olmur.

Həmçinin, Mərdanov qardaşları küçəsində, Nərimanov rayonunda, Yeni Suraxanı və Köhnə Suraxanıda, Əhmədlinin, Hövsanın bir hissəsində, ümumiyyətlə Bakının bir çox hissəsində bu problem var. Lakin fasiləsizliyin təmin edilməsi istiqamətində işlər aparılır", - deyə "Azərsu" rəsmisi bildirib.

A.Cəbrayıllı onu da qeyd edib ki, ötən dövrlərlə müqayisədə son illərdə vəziyyət xeyli yaxşılaşıb.

"Qeyd edim ki, 2010-cu ilin dekabrında Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilərkən Bakı şəhər əhalisinin təxminən 35 faizi 24 saat su ilə təchiz edilirdi.

O dövrlə müqayisədə paytaxtda abonentlərimizin sayının iki dəfə artmasına baxmayaraq, bu gün Bakıda əhalinin 81,6 faizi 24 saat su alır. Sumqayıtda bu rəqəm bir qədər çoxdur. Amma cənab Prezidentimiz hədəf qoyub ki, hər bir Azərbaycan vətəndaşı fasiləsiz və keyfiyyətli su ilə təmin olunmalıdır.

Bakıda, Abşeron yarımadansında, Sumqayıtda içməli suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur.

Bunu əminliklə deyə bilərik. Digər tərəfdən içməli suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzi də bəyan edir ki, Azərbaycanda, xüsusən də Bakıda suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur və bütün standartlara cavab verir. Lakin fasiləsizliklə bağlı nüanslar var ki, onların da həll edilməsi istiqamətində tədbirlər görülür", - deyə qurum rəsmisi əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1555   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr