Müdafiə Nazirliyinin rəsmisi Ermənistanla sərhəddəki son durumu AÇIQLADI

Müdafiə Nazirliyinin rəsmisi Ermənistanla sərhəddəki son durumu AÇIQLADI"Son dövrlər Ermənistan silahlı qüvvələrin Laçın və Kəlbəcər istiqamətində törətdiyi təxribatlar noyabrın 16-da daha da intensivləşib və genişmiqyaslı şəkil alıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan həmin istiqamətlərdə döyüş texnikası cəmləşdirib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin rəsmisi söyləyib ki, Ermənistan ordusunun bölmələri Azərbaycan mövqelərinə qarşı qəfil hərbi əməliyyatlara başlayıb.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu Kəlbəcər və Laçın istiqamətində adekvat tədbirlər görülüb, Ermənistanın minaatanı və tank əleyhinə qurğusu məhv edilib.

"Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib", - deyə o əlavə edib.

Anar Eyvazov qeyd edib ki, görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Onun sözlərinə görə, sərhəddə gərginlik davam edir. Anar Eyvazov bildirib ki, hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3719   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr