Rusiyaya pomidor ixracına AQTA qərar verəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında Moskva şəhərində keçirilən görüşdə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində qərarlar qəbul edilib.
Agentlikdən Axar.az-averilən məlumata görə, AQTA tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilərək bununla əlaqədar, pomidor istehsalı təsərrüfatlarına ixrac icazəsinin verilməsi ilə əlaqədar Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv olunub. Bununla da cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə Rosselxoznadzorun ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək.
Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.
Bununla yanaşı, Agentlik tərəfindən həyata keçirilmiş ekspertizalar nəzərə alınaraq, cari il dekabr ayının 1-dən etibarən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla yalnız fitosanitar zərurət yarandığı halda laborator müayinələrə cəlb olunacaq. Agentlik mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək ki, bu da sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər müvafiq qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının "Yaraq-Kazmalar" keçid məntəqəsində görüşlər keçiriləcək.
Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alaraq, həmin müddətin Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılmasına dair razılığa gəlinib. Bu yanaşma "Azərbaycan Dəmir Yolları" QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək.
Qeyd edək ki, indiyədək Rusiya Federasiyasına 205 pomidor (ixrac proqnozu 360,133 ton), 70 alma (ixrac proqnozu 153,397 ton) təsərrüfatından məhsul ixracına icazə verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrQızılın son qiymətləri bəlli oldu
11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd
11 noyabrAzərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabr"HB Güvən Klinik" 150 min manat borca düşdü
"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir
11 noyabrDVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin
6 noyabrQızıl bahalaşdı
Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli
30 oktyabrAzərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29 oktyabrAzərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl
27 oktyabr