Azərbaycanda şöbə müdiri və qohumuna QƏSD: Avtomobillə vuruldular - YENİLƏNİB + ANBAAN VİDEO
Azərbaycanda nəqliyyat vasitəsini qəsdən şöbə müdiri və qohumunun üzərinə sürən şəxsin fotosu yayılıb.
Oxu.Az hadisəni törədən İsmayıllı rayon sakini Fazil Ağamirzəyevin şəklini əldə edib.
Həmin fotonu təqdim edirik:
14:18
VAZ-2107 markalı avtomobilin sürücüsünün yolun əks istiqamətinə çıxaraq qəsdən səki ilə hərəkətdə olan piyadaların üzərinə sürdüyü və onları vuraraq xəsarət yetirdiyi bildirilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisənin İsmayıllı rayonunda baş verdiyi bildirilir.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 28-də saat 16:40 radələrində baş verib:
"İsmayıllı rayon sakini Fazil Ağamirzəyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən əvvəlcədən aralarında ədavət olan rayon sakini Elçin Abbasov və onun qohumu Rövşən Əzizovun yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və nəqliyyat vasitəsini qəsdən onların üzərinə sürüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib".
M.Məsimov qeyd edib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, F.Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, E.Abbasov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiridir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 7177 Tarix: 29 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabrAliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrTraktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
23 oktyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrQaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl
21 oktyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrAnbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda
31 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabr