Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏT

Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTŞabranda ana və oğlunun öldürülməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Lent.az sözügedən qətlin istintaq materiallarını əldə edib.

İş üzrə dindirilmiş 35 yaşlı Nahid İslamov bildirib ki, Şabran rayonunun Zeyvə kəndində babası Cəfər Balayevə məxsus evdə yaşayıb.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTO, məktəbin 3-cü sinfini bitirdikdən sonra təhsilini davam etdirməyib, fərdi əməklə məşğul olub. 2006-cı ildə Dinarə Hacıağayeva ilə evlənib. 2008-ci ildə Rusiyaya işləməyə gedib. Orda olduğu müddətdə qardaşı zəng vuraraq yoldaşının Məhəbbət Məmmədovla sevgili olduğunu və onu aldatdığını bildirib. Bunu eşidib aprelin 14-də Şabran rayonunа qayıdıb. Dinarəni ürəyindən bıçaqla vuraraq öldürüb və məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Nahid etdiyi hərəkətlərlə Məhəbbətdən qisas almağı düşünüb. Azadlığa çıxandan sonra fevral ayında bu məsələyə aydınlıq gətirmək üçün Məhəbbətlə görüşüb. Həmkəndlisi isə səhvini boynuna alaraq, onu bağışlamasını istəyib.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTÖldürülən Məhəbbət Məmmədov

2020-ci il aprelin 11-də ov tüfəngini, 7-8 ədəd patronu və bir şüşə arağı götürərək meşəyə yollanıb. Saat 18 radələrində evinə gedərkən 38 yaşlı Məhəbbət Məmmədovun kənd sakinləri ilə voleybol oynadığını görüb. Məhəbbəti görüb və uşaqların yanında onu söyüb. Məhəbbətin atdığı top Nahidin qabağına düşüb, o, da topa güllə vuraraq partladıb. Məmmədov iti addımlarla yaxınlaşıb, söyüb tüfəngi Nahidin əlindən almaq istəyib. Bu zaman Məhəbbətin bütün hərəkətləri Nahidin gözünün qabağından keçib və o, tüfəng qarnına dirənmiş vəziyyətdə atəş açıb. Məhəbbət yerə yıxılan kimi, voleybol oynayan kənd uşaqları müxtəlif istiqamətlərdə qaçıblar. Nahid onsuz da tutulacağını fikirləşib, Məhəbbəti öldürməyə və namus söhbətini bitirməyə qərar verib. Buna görə də, cibindən 2 patron çıxarıb tüfəngə yerləşdirib və yerdə uzanmış Məhəbbətin başına atəş açıb. Uzaqlaşmaq istəyərkən meydançanın yaxınlığında yerləşən evdən Məhəbbətin anasının uca səslə söyə-söyə gəldiyini görüb. Nahid təhqirlərdən qıcıqlanıb və bu səbəbdən təxminən 4 metr məsafədən 58 yaşlı İstək Mahmudovaya 2 dəfə atəş açıb, аmma qırmaların onun hansı nahiyyəsində dəydiyini bilməyib. Həmin gecə keçmiş qayınanasının evinə gedib və orda 12 yaşlı qızı ilə görüşüb.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTİstək Mahmudova

Məlumata görə, Nahidin atdığı güllə də İstək Mahmudovanın başına dəyib, o keçinib.

Nahid İslamov törətdiyi əməldən peşman olmadığını deyib. Cinayətin törədilməsinə onu heç kim təhrik etməyib.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTİstintaq fotosu

Zərərçəkmiş şəxslərin hüquqi varisi Səxavət Məmmədov ifadəsində göstərib ki, aprelin 11-i saat 18 radələrində evdə olub. Həmin vaxt qardaşı Məhəbbət kənd sakinləri ilə meydançada voleybol oynayıb. Çöldən atəş səsi gəldikdən sonra qardaşı oğlu Raul həyəcanlı şəkildə evə gələrək atasının Nahid tərəfindən silahla vurulduğunu deyib. Dərhal meydançaya tərəf qaçıb, Məhəbbəti yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə, Nahidin isə əlində silahla aşağıya doğru getdiyini görüb. Onun üzünə baxanda içkili olduğu açıq-aydın hiss olunub. Аz sonra yenidən atəş səsləri eşidib.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTAtılan güllənin gilizi

Çevrilib, arxaya baxanda görüb ki, Nahid anasını vurub və əlində silahla öz evinə doğru gedib.

Səxavət Məmmədov əlavə edib ki, Nahid 2008-ci ildə həyat yoldaşını Məhəbbətə qısqandığı üçün qətlə yetirib. Ona görə də qardaşı ilə düşmənçilik münasibətində olub. Həbsxanadan qayıdandan sonra tüfənglə yaşadıqları evə hücum edib, Məhəbbəti öldürməklə hədələyib.
Arvadını, onun sevgilisini və anasını ÖLDÜRDÜ - AZƏRBAYCANDA DƏHŞƏTQətl törədilən silah

Şahid qismində dindirilmiş Şabran rayon Polis Şöbəsinin Təşkilati inspektor qrupunun baş inspektoru Ramiz Teymurov bildirib ki, aprelin 11-də avtomobili ilə hərəkət edərkən əynində qara gödəkcəsi olan ortaboy şəxsin ona doğru gəldiyini görüb

Avtomobili saxlayıb, əlində silahla hara getdiyini və kim olduğunu soruşanda, o bir müddət əvvəl 2 nəfəri öldürdüyünü bildirib. Ramiz özünün polis əməkdaşı olduğunu deyib, avtomobildən düşüb və tüfəngi dartıb zorla əlindən alıb. İçkili olan şəxs büdrəyərək yerə yıxılıb, sonra isə ayağa qalxaraq üzü aşağı doğru qaçıb. Ondan götürdüyü silahı hadisə yerinə gəlmiş şöbənin rəisinə təhvil verib.

Məhkəmə iclasında Nahid İslamov özünü tam təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid İslamov ömürlük azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3783   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i

27 oktyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd

23 oktyabr
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

12 oktyabr