Bu dövlət su altında qalacaq - Sakinlərin köçü ilə bağlı tədbirlər başladı
BMT-nin iqlim sammitinə (COP26) müraciət edən Tuvalu ada dövlətinin (Okeaniya) xarici işlər naziri Simon Kofe dizlərinə qədər suyun içində dayanaraq, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib.
Sonxeber.az bu barədə "Report"a istinadən xəbər verir.
O, qeyd edib ki, Tuvalu hakimiyyəti qlobal istiləşmə ilə bağlı ən pis ssenarini nəzərdən keçirir - adanın ərazisi dünya okeanları tərəfindən su altında qalacaq və yaşayış üçün yararsız olacaq. Kofenin fikrincə, bu baş verərsə, Tuvalu dünyada iqlim fəlakətləri səbəbindən köçən ilk ölkə olacaq.
Artıq Tuvalunun 5 000 nəfərə yaxın sakini Yeni Zelandiyaya köçüb. "Hazırda bu, dövlətimizin ümumi əhalisinin təxminən 50 faizini təşkil edir", - nazir deyib.
Artıq ölkə rəhbərliyi analoji vəziyyətə hazırlığa başlayıb - hakimiyyət məsələni beynəlxalq hüquq müstəvisində həll etməyə çalışır. "Biz ərazimizi itirsək belə, Tuvalunu tanıyan ölkələr tapmağa çalışırıq. Həmçinin texnologiyaları müzakirə edirik ki, onların köməyi ilə rəqəmsal bir millət yarada bilək və bunun sayəsində hətta fərqli yerdə olsaq belə, birlikdə hərəkətə davam edək", - nazir qeyd edib. Tuvalu tədbirlərdən biri kimi sakinlərinin onlayn xidmətlər ala bilməsi üçün bütün prosesləri rəqəmsallaşdırmağı planlaşdırır.
Nazir konfransdakı çıxışından və sosial şəbəkədə iş kostyumu geyinərək dizinə qədər suyun içində dayanıb çəkdirdiyi fotodan sonra məşhurlaşıb. Kadrlar ştatın paytaxtının yerləşdiyi Fonqafale adasında çəkilib. Beləliklə, Tuvalu hakimiyyəti iqlimlə əlaqədar dəniz səviyyəsinin dəyişməsi probleminə diqqət çəkmək istəyib.
Qeyd edək ki, ötən ayın əvvəllərində yer üzündən tezliklə yox olacaq ölkələrin adları açıqlanıb. Məlumata görə, qlobal istiləşmə buzların əriməsi və dəniz səviyyəsinin qalxması səbəbindən bir neçə ada dövlətinin yox olmasına səbəb olacaq. İqlim dəyişikliyinin təsir göstərdiyi ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.
Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox dövlət bu məqsədə nail olmaq üçün konkret fəaliyyət planını nəzərdə tutan Paris Sazişini imzalayıb. Sənəd qalıq yanacaqlardan tamamilə imtina etməyi nəzərdə tutmur, lakin ölkələr istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2725 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabrFolker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrSuriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabr