Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsu
Bakının Nəsimi rayonu ərazisində gecə klubunda baş verən intihara cəhd hadisəsinin təfərrüatları məlum olub.
Hadisə yerində olan bloger Cəmil Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Rəşid Behbudov küçəsində yerləşən "DISCO CLUB" adlı gecə klubuna gedib və orada çəkiliş aparıb.
Özünü xarici vətəndaş kimi təqdim etsə də onu tanıyıblar. Mühafizəçilər blogeri və onunla birlikdə olan şəxsi çölə çıxarıblar. Gənclər də əraziyə polis çağırıblar. Bir müddət sonra içəridə olan qadınlardan biri çölə çıxıb və özünə xəsarət yetirib.
"Bizə obyekt sahibləri müxtəlif təkliflər etdilər. Lakin gördülər ki, biz onlarla razılaşmırıq, həmin qadın çıxdı və bıçaqla özünə xəsarət yetirdi. Ardınca içəridən yataqları yığışdırmağa başladılar.
Bütün bunları əxlaqsızlıq yuvasını işlətmək üçün edirlər. Biz çalışırıq ki, həmin əxlaqsızlıq yuvasını bağlasınlar. Orada yaşayan sakinlər həmin obyektlərdən şikayətlər edirlər", - deyə Cəmil Quliyev bildirib. Həmin gənclər hadisə ilə bağlı polisə şikayət ediblər.
Qeyd edək ki, sözügedən "DISCO CLUB"un adı əvvəllər "RELAX" idi. Həmin obyekt masaj salonu adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Həmin obyekt bir neçə dəfə bağlanıb. Daha sonra adı dəyişdirilib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
"Görüntülərdən məlumatlıyıq. Həmin ünvanda Nəsimi RPİ əməkdaşları tərəfindən tədbir görülüb. Hazırda araşdırmalar davam etdirilir", - deyə qurum rəsmisi bildirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3262 Tarix: 03 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrPasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi
17 oktyabrKürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabr