Erməniləri qorxuya salacaq iki yeni döyüş sistemi gətirilir - Bakıya FOTO

İsrailin hərbi sənaye şirkəti "Aeronautics" LTD sentyabrın 27-də Bakıda başlayacaq ADEX-2016 müdafiə sərgisində ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki pilotsuz uçan aparatı təqdim edəcək.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bunlar "Orbiter 4" taktiki pilotsuz uçan aparatı və "Orbiter 1K" mini pilotsuz aparatıdır.

"Aeronautics" LTD quruda, havada və dənizdə hərəkət edə bilən pilotsuz sistemlərin istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi ən yeni pilotsuz aparatlardan olan "Orbiter 4 STUAS" çoxməqsədli və dünyanın ən qabaqcıl pilotsuz döyüş sistemidir. Eyni vaxtda iki fərqli faydalı yük, yəni hədəfi məhv etmək üçün nəzərdə tutulan döyüş başlıqları daşıya bilir.

Aparat 24 saatdan çox fasiləsiz havada qala bilir, maksimal uçuş kütləvi cəmi 50 kiloqramdır və 18 min fut ( 6 min metrdən çox) maksimal yüksəkliyə qalxır.

"Orbiter 4"lə yanaşı şirkət ADEX-2016 sərgisində "Orbiter 1K" mini pilotsuz sistemini də yerüstü nəqliyyat vasitəsində quraşdırılmış idaretmə sistemi ilə birlikdə təqdim edəcək. "Orbiter 1K" hərəkətsiz və ya hərəkətdə olan hədəfləri aşkar edib məhv etmək qabiliyyətinə malikdir.

Sistem habelə əvvəlcədən təyin edilmiş sahə bazasında avtonom rejimdə işləyə bilir. "Orbiter 1K" bazadan müstəqil şəkildə təyin olunmuş ərazinin videoçəkilşlərini aparır, hədəfi aşkar edir və stasionar, yaxud hərəkətdə olan hədəfi müstəqil şəkildə məhv edir. Əgər hədəf aşkar edilməsə və ya planda hansısa dəyişikliklər baş versə sistem bazaya qayıdır və paraşütünü, təhlükəsizlik yastığını özü açaraq yerə enir. "Orbiter 1K" 2-3 saat fasiləsiz havada qala bilir və sutkanın istənilən vaxtında döyüş vəzifəsini icra edir. Aparat kompaktdır və asan idarə olunur. Müasir avionikaya malik olması, kiçik fiziki ölçüləri onu məxfi əməliyyatlarda, sərhədlərin təhlükəsizliyində ətbiq etməyə imkan verir.

"Aeronautics" LTD şirkəti həmin sistemlərin birgə istehsalı üçün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə işləyir. Şirkətin aeronavtika üzrə baş direktoru Amos Mathan bildirib: "Biz Azərbaycanın artan müdafiə bazarında böyük imkanlar görürük və məmuniyyətlə yerli Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələr saxlayırıq".

Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı "Harop" pilotsuz döyüş sistemləri bu ilin aprelində gedən döyüşlərdə ilk dəfə tətbiq olunub və düşmənin bir sıra hədəflərini yüksək dəqiqliklə məhv edib. Bu pilotsuz döyüş sisteminin tətbiqi ermənilər arasında böyük panikaya səbəb olmuşdu. İndi İsrail şirkəti bundan daha mükəmməl iki pilotsuz döyüş sistemini Bakıya gətirir və belə görünür ki, Qarabağdakı işğalçı erməni əsgərlərinin daha çox qorxmasına əsaslar var...
Erməniləri qorxuya salacaq iki yeni döyüş sistemi gətirilir - Bakıya FOTOErməniləri qorxuya salacaq iki yeni döyüş sistemi gətirilir - Bakıya FOTOErməniləri qorxuya salacaq iki yeni döyüş sistemi gətirilir - Bakıya FOTO


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2287   Tarix: 20 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021