Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklif olunur - ADLAR

Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklif olunur - ADLARAzərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir.

İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmür.

"Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir.

Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır", - baş direktor vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7449   Tarix: 13 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəsmi Bakı: "ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq"

"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləc

15 iyun
.

Ucarda 62 yaşlı kişi küçədə öldü

Ucarda kafeyə gedən kişi küçədə ölüb. -a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Qəflətən halı pisləşən rayon sakini, 62 yaşlı Qurbanəli Cəfər oğlu Həsənov küçədə ölüb. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir. Yaxınlarının dediyinə görə, mərhum ürək xəstəliyində

15 iyun
.

Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var

İyunun 14-ü, saat 23 radələrində iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmotoraks

15 iyun
.

Çiyələyi qış üçün ən dadlı şəkildə necə saxlamaq olar?

Çiyələkdən yalnız mövsümündə deyil, qış aylarında da zövq almağı sevirsinizsə, bu mürəbbə resepti sizin üçün əla seçim olacaq. bu resepti təqdim edir:. Tərkibi:. 7 kq çiyələk. 3,5 kq şəkər. Hazırlanma qaydası:. Çiyələkləri yaxşıca yuyun və saplaqlarını təmizləyin. Daha sonra giləmeyvələri iki hissəy

15 iyun
.

Sabah 32 dərəcə isti olacaq

Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

15 iyun
.

Çıxarışlı torpaqlarda bahalaşma: Bir sotu yarım milyon manat (VİDEO)

Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir. "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir. Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayı

15 iyun
.

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. "Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıya

15 iyun
.

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edildi

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durma

15 iyun
.

Avropanın dörd ölkəsinin liderləri İranla bağlı birgə bəyanat yaydılar

Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Tehranın nüvə fəaliyyətini tam şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə ona qarşı tətbiq edilən sanksiyaların ləğvinə hazır olduqlarını bildiriblər. xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, sözügedən dörd ölkənin liderləri İranla ABŞ arasınd

15 iyun