Sabiq nazirin iki övladı Rusiyada biznes qurub

Sabiq nazirin iki övladı Rusiyada biznes qurubYAP-ın qurucularından biri, hakim partiyanın sabiq sədr müavini, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağızadə Rusiya paytaxtında daşınmaz əmlak biznesi ilə məşğul olan "Naxçıvan İnvest" MMC-nin (ООО НАХИЧЕВАНЬ ИНВЕСТ) təsisçilərindən biridir.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin 8A ünvanında hüquqi qeydiyyata alınıb. Araz Nağıbəylinin şəriki Fərdi Ələkbərov adlı şəxsdir.

Araz Nağıbəylinin həmin qeydiyyatdan keçirdiyi daha bir şirkət "Naxçıvan" MMC (ООО "НАХИЧЕВАНЬ") də daşınmaz əmlak alışı, satışı və icarəsi ilə məşğul olub. Lakin şirkət bu il avqustun 23-də ləğv edilib.

Bundan əvvəl isə 2009-cu ilin dekabrında keçmiş nazirin oğlu Rusiya paytaxtında Elvin Həşimov adlı şəxslə dəri geyim və ayaqqabıların istehsalı, satışı ilə məşğul olan "Eqan" MMC-bi (ООО "ЭГАН") təsis edib. Bu şirkət 2013-cü ildə ləğv edilib.

Araz Nağıbəyli həmçinin 2013-cü ildə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin ailəsinə məxsus "Gals Beauty and SPA" MMC-nin direktoru olub, məşhur "Leo Burnett Worldwide"nin Azərbaycan təmsilçiliyinin rəhbəridir.

Əli Nağıyevin Rusiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər İnstitutunda (MBMİ) müəllimə işləyən qızı Əminə Nağıyeva da 2017-ci ilin fevralında daşınmaz əmlak biznesi ilə məşğul olmaq üçün fərdi sahibkar kimi Rusiya Federal Vergi Xidmətinin 46 saylı Moskva regionlarası Müfəttişliyində qeydiyyata düşüb.

Rusiya Federal Vergi Xidmətinin qeydiyyat sənədlərindən məlum olur ki, YAP-ın sabiq sədr müavininin hər iki övladı hazırda Rusiya vətəndaşıdırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1925   Tarix: 13 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edildi

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durma

15 iyun
.

Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma

Tokio Universitetinin tədqiqatçıları maraqlı bioloji proses müəyyən ediblər: saçların piqmentini itirməsi DNT zədələnməsinə qarşı qoruyucu mexanizmlərdən biri ola bilər. Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, yapon alimlərindən ibarət qrup siçanların saç follikullarınd

15 iyun
.

Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib. xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir

15 iyun
.

Gəncədə iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdl

15 iyun
.

Yer kürəsindəki ən qədim su tapıldı: dadı necədir?

Kanadada yerin təxminən üç kilometr dərinliyində Yer kürəsinin ən qədim suyu aşkarlanıb. Geoloqlar Ontario əyalətinin şimalında, Timmins şəhəri yaxınlığında yerləşən Kidd-Krik mədənində təxminən iki milyard il yaşı olan su nümunələri tapıblar. xarici mediaya istinadla xəbər verir ki, bu kəşf artıq planetd

15 iyun
.

Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var

İyunun 14-ü, saat 23 radələrində iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmotoraks

15 iyun
.

Filippində yenə güclü zəlzələ oldu

Filippində - Mindanao adası akvatoriyasında 6.4 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, Bakı vaxtı ilə saat 13:19-da qeydə alınan yeraltı təkanların episentri Davao şəhərindən 145 km cənub-şərqdə yerləşib

15 iyun
.

Qanunsuz saxlanılan 10 tüfəng aşkarlandı

Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patro

15 iyun
.

Çıxarışlı torpaqlarda bahalaşma: Bir sotu yarım milyon manat (VİDEO)

Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir. "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir. Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayı

15 iyun