Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olur

Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olurÇap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi proseduru müəyyənləşir.

Sonxeber.az xəbər verir ki, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq "Media haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və bu pozuntu aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıracaq.

Eyni zamanda qanunda müəyyənləşdirilmiş tələbləri pozduğuna görə fəaliyyəti 2 ay dayandırılmış çap mediası və onlayn media subyektləri həmin tələbləri 2 il ərzində yenidən pozduqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Media subyektinə dair tələblər pozulduqda da çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Həmin tələblər aşağıdakılardır:
- təsisçi fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır;

- təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşına (vətəndaşlarına) və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;

- media subyekti fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır;

- Bu tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.

Media subyektinə dair tələblər sırasına media subyektinin təsisçisinə (iştirakçısına) dair tələblər də daxil edilib. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:

- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

- siyasi partiyalar (çap mediası istisna olmaqla);

- dini qurumlar (çap mediası istisna olmaqla).

Qeyd edək ki, layihəyə əsasən, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. Rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda da çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Layihəyə görə, Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə təqdim edilmədikdə Media Reyestrinə daxil edilmiş media subyektləri Media Reyestrindən çıxarılır. Media subyektləri Media Reyestrindən çıxarıldığı tarixdən 1 ay ərzində bu pozuntunu aradan qaldırmadıqda onların fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Eyni zamanda qəzetlər davamlı yayımlanan nəşrə və saytlar onlayn media subyektlərinin davamlı fəaliyyətinə dair tələblərinin pozulmasına görə Media Reyestrindən çıxarıldığı tarixdən isə 2 ay ərzində qeyd olunan pozuntuları aradan qaldırmadıqda onların fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Qeyd edək ki, layihəyə əsasən, aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur:

- 1 il ərzində 12 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
- 1 il ərzində 9 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
- 1 il ərzində 6 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;

Onlayn media subyekti (redaksiyaları) isə hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.

Qeyd edək ki, hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanuna əsasən, mətbu nəşrin təsisçisi müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etmədən yayıldıqda yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.
Dövri mətbu nəşrlər tələbləri (çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər) yerinə yetirmədikdə müvafiq icra hakimiyyəti orqanı onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə də onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 582   Tarix: 13 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın ən çox əhalisi olan 10 rayonu - SİYAHI

Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb. Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir

19 aprel
.

Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

18 aprel
.

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib. O, Orta Dəhlizi

18 aprel
.

Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYA

"WhatsApp" uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərin

19 aprel
.

Azərbaycanda yeni ixtisas YARADILDI - RƏSMİ

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, daşınmaz əmlakın idarə olunması ixtisası da sözügedən siyahıya əlavə edilib. Əlavə olaraq qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəs

18 aprel
.

Bu qurumlar birləşdirildi

Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasın

18 aprel
.

Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı

Paytaxtda işgüzarlıq səviyyəsi yüksək olan, böyük biznes mərkəzləri olan ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. Premium seqmentdə kirayə qiymətləri ortalama olaraq 2500-3500 manat arasında dəyişir. Unikal-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətini

19 aprel
.

Zəhərlənən qadın 15 gün sonra öldü

Bakıda zəhərlənən qadın 15 gün sonra ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Aprelin 2-sində sirkə turşusundan zəhərlənən A.Abdunova ötən gün saat 03 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır

18 aprel
.

Banka borcunu ödəməyənlərə yeni QAYDA

İcra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan "Dövlət icra məmurları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanun

18 aprel