Bəxtsiz gənc dəhşətli HADİSƏ törətdi: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı

Bəxtsiz gənc dəhşətli HADİSƏ törətdi: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı2021-ci ilin fevralın 8-də, gecə saatlarında baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az istintaq materiallarına əsasən, hadisənin motivlərini təqdim edir.

Qətli törətmiş 1990-cı il təvəllüdlü Elvin Əhmədovun həyat yoluna nəzər yetirəndə görünür ki, onun taleyində uşaq vaxtlarından məşəqqətlər başlayıb, yəni bəxti gətirən olmayıb.

Anası və bacısı hələ o uşaq ikən ailəsini tərk edib, daha sonra atası vəfat edib.

Elvin bu günə qədər anası və bacısından xəbərsizdir, onun böyük qardaşı da itkin siyahısındadır. Elvinin digər qardaşı da həbs həyatı yaşayır.

Kədərli tale yaşayan Elvinin üzü nəhayət 2019-cu ildə gülməyə başlayıb, belə ki, o, sevdiyi xanımla evlənib və bu nikahdan bir övladı dünyaya gəlib.

Elvin Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində, atasının əmisi nəvəsi Vüsal Qurbanovun fermasında çoban kimi işləyib ailəsini dolandırıb. Vüsal Qurbanov Elvinin atası öldükdən sonra həmişə onun əlindən tutub, ona dayaq olub.

Elvin evləndikdən sonra gündəlik qayğılarla yaşayıb və evinə bir tikə çörək qazanmaq üçün qış otlaq sahəsində əlləşib-vuruşub.

Heç kimlə işi yox, başını aşağı salıb işini görür və ferma sahibi də, digərləri də ondan çox razıdırlar.

Günlərin birində, 2021-ci ilin fevralın 7-də qayınatası ona zəng edir, deyir ki, Elvinin bacanağı Rahilin qaldığı yatağa qonaq gedəcək. Elvinə bildirir ki, Rahil onu da çağırıb.

"Kaş ki getməyəydi" deyirsən, amma adını nə qoyuruqsa qoyaq, görünür ki, olacaqlardan qaçmaq olmur.

Rahil özü də başqasının yatağında çoban işləyir. Həmin yataqda bacanağı Rahilin ailəsindən başqa digər ailələr də yaşayır.

Onlar gəlirlər, yeyib içirlər, sonradan qətlə yetirilən İlqar Məmmədov da onlarla birlikdə olur.

İçkinin təsirindən İlqar Məmmədov zarafatla ciddiyyətin sərhədini itirir, belə ki, o, Rahilin azyaşlı qızını da özləri ilə aparacağını deyir.

Elvin Əhmədov ifadəsində deyib: "Biz yeyib-içdikdən sonra çölə çıxdıq, hamı öz evinə getməyə hazırlaşırdı. İlqar Rahildən balaca qızını özləri ilə aparmaları üçün icazə istədi. Rahil isə başqa vaxt gəlib onlarla qalmasını bildirdi. Mənim baldızım Aybəniz də Rahilin razı olmadığını dedi. İlqar isə "Rahil qələt eləyir, mən deyəndən sonra Rahil kimdir" dedi".

İlqarın guya ərklə dediyi bu söz Elvinin xoşuna gəlmir, o iradını səsləndirir ki, ailələrin yanında belə davranış yolverilməzdir.

Mübahisə dərinləşir, vəziyyət o həddə çatır ki, emosiyaları sakitləşdirmək üçün araya girən Elvinin qayınatası İlqarın hədəfinə gəlir.

"Biz maşına minib getmək istəyirdik, bir də gördüm ki, İlqar əlinə ağac parçası alıb arxadan qayınatamın başına zərbə endirdi", - deyə, Elvin ifadəsində söyləyib.

Bundan sonra onun İlqarla davası başlayır, əlbəyaxa olurlar, İlqar Elvinin ailəsinin yanında onu yumruqla vurur və nalayiq ifadələr işlədir.

Qisas almaq niyyətinə düşən Elvin İlqar Məmmədovu qəsdən öldürmək qərarına gəlir (istintaq belə deyir), cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bacanağı Rahil Qeybalıyevin qaldığı otağa gedərək otaqda olan stolun üzərindəki bıçağı götürür. Onları sakitləşdirmək mümkün olmur, Elvin İlqarın üzərinə hücum edərək əlindəki bıçaqla onun döş qəfəsinə bıçaq zərbəsi endirir.

Yataqda olanlar, o cümlədən İlqar Məmmədovun ailəsi hadisədən xəbər tutur, bu zaman Elvin peşmançılıq hiss edir və şəxsən özü təcili yardım çağırır. Təcili yardım gecikdiyi üçün İlqarı avtomobilə qoyub xəstəxanaya aparırlar, İlqar özü isə yaralı halda başı Elvinin dizinin üstündə olur.

İlqarı xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmur.

Elvin ifadəsində qeyd edib ki, onun İlqarı öldürmək niyyəti olmayıb.

Məhkəmə Elvinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) ilə tövsif edib və Elvinə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1484   Tarix: 16 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay

18 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib

17 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans

18 oktyabr