Ərdoğan İlon Maskla danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla videokonfrans vasitəsilə danışıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüş zamanı Türkiyədəki dövlət və özəl sektor qurumları ilə adıçəkilən şirkətlər arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar üzrə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Görüş zamanı həmçinin elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə olunub, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar dəyərləndirilib.
Videokonfransda Türkiyənin yerli elektrik avtomobili olan TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar da gündəmə gətirilib və Türkiyənin cari ilin yanvar ayında kosmosa göndərdiyi TÜRKSAT 5-A peykindən sonra TÜRKSAT 5-B peykinin buraxılışı prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirilən digər işlərə də diqqət çəkib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1157 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
1 noyabrTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
1 noyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabr