Britaniyadan İrana ultimatum: 20 gün vaxt verildi

Britaniyadan İrana ultimatum: 20 gün vaxt verildiBritaniya, Kanada, Ukrayna və İsveç İran hakimiyyətini Tehran yaxınlığında vurulan "Boeing" təyyarəsinə görə Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) təzminat ödəmək üçün danışıqlara başlamağa çağırıb.

Bu barədə təyyarənin göyərtəsində vətəndaşları olan ölkələrin birgə bəyanatında bildirilib. Sənəd Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

Bəyanatda qeyd olunub ki, sənəddə əks olunana tələb yerinə yetirilməzsə, İslam Respublikası Beynəlxalq Məhkəməyə verilə bilər.

"İran İslam Respublikasının bu məsələni müəyyən zaman çərçivəsində konstruktiv şəkildə həll etmək istəmədiyini nəzərə alaraq bildiririk ki, İranın danışıqlara başlamaq istəyini təsdiqləmək üçün 2022-ci il yanvarın 5-dək vaxtı var. İrandan ödənişlər üzrə razılığa gəlmək cəhdləri faydasız olacağı təqdirdə koordinasiya qrupu bu problemin beynəlxalq hüquq çərçivəsində həlli üçün digər variantları ciddi şəkildə nəzərdən keçirməli olacaq", - Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Həmçinin, vurğulanıb ki, fəlakətdən iki ilə yaxın vaxt keçsə də, bu müddət ərzində İran öz beynəlxalq hüquqi öhdəliklərinə əməl etməkdə maraqlı olmayıb. "Koordinasiya qrupunun səbri tükənmək üzrədir. Qrup fəlakətin qurbanlarının yaxınları ilə İran İslam Respublikasının 176 günahsız insanın ölümünə səbəb olan mülki şəxslərin və hərbçilərin hərəkətlərinə, yanlış hesablamalarına görə məsuliyyət daşıması məsələsində həmrəydir", - bəyanatda deyilir.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarının PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları var. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan "Boinq" təyyarəsini "düşmən hədəfi" ilə səhv salaraq vurduqlarını açıqlayıb. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.

Onu da bildirək ki, iyun ayında İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bəyan edib ki, Tehran Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 150 ​​min dollar məbləğində kompensasiyanı tam ödəməyi planlaşdırır. Bundan əvvəl İsmayıli bildirib ki, təyyarə ilə bağlı insidentdə əli olmaqda şübhəli bilinən şəxslərin məhkəməsi yaxın vaxtlarda İranda keçiriləcək.\oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1445   Tarix: 17 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr