Pakistanda İƏT-in XİN başçıları Şurasının Əfqanıstanla bağlı növbədənkənar iclası keçirilib

Pakistanda İƏT-in XİN başçıları Şurasının Əfqanıstanla bağlı növbədənkənar iclası keçirilibPakistanda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclası (17-ci fövqəladə sessiya-red) keçirilib.

Sonxeber.az "Report" a istinadən xəbər verir ki, İƏT-in baş katibi Hissein Brahim Taha Əfqanıstanda humanitar vəziyyətlə bağlı fövqəladə sessiyanın açılış sessiyasında çıxış edib. O, qeyd edib ki, Əfqanıstanda terrorizm və zorakılıqla mübarizə və ölkənin ərazilərindən terror təşkilatları üçün platforma və ya sığınacaq kimi istifadə edilməməsini təmin etmək üçün birgə səylərin vacibliyi zəruridir:

"Biz bütün əfqan tərəflərini sabitlik, layiqli həyat və firavanlıq istək və ümidlərini həyata keçirmək üçün öz xalqının maraqlarını üstün tutmağa, həyatlarını qorumağa, zorakılıqdan uzaq durmağa və davamlı sülh gətirməyə çağırırıq.

İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda sülh prosesini dəstəkləyir və Əfqanıstan xalqı üçün sülhün bərqərar olması üçün regional və beynəlxalq səylərə qoşulmağa və bununla bağlı lazımi əlaqələri qurmağa hazırdır.

Biz İƏT-in Kabildəki missiyasının rolunu təşviq etməyə, onu Əfqanıstan xalqı üçün humanitar və inkişafa yardım əməliyyatlarının koordinasiyası üzrə tam məsuliyyətini yerinə yetirmək üçün maliyyə, insan və maddi-texniki resurslarla təmin etməyə çağırırıq".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak edir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.

"İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir.

Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır".

Ceyhun Bayamov səfər çərçivəsində ikitərəfli görüşlər keçirib. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureşi arasında görüşüb. Görüşdə ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivləri vurğulanıb.

Azərbaycanın XİN başçısı həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.

İƏT Xarici İşlər Nazirləri Şurasının üzvləri iclasın sonunda xatirə fotosu çəkdiriblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 814   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

1 noyabr
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

1 noyabr
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

1 noyabr
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

1 noyabr
.

Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir

ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə

1 noyabr
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

31 oktyabr
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

31 oktyabr
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

1 noyabr
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv

31 oktyabr