2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT

2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENTArtıq 2 ilə yaxındır koronavirus pandemiyası dünyanı cənginə alıb. Pandemiya zamanı çox hadisələr baş verib. Bəziləri evlənib, bəziləri isə boşanıb. Onların arasında tanınmış simalar da yer alıblar.

Lent.az 2021-ci ildə boşanan məşhur cütlükləri təqdim edir.

1. Bill Qeyts və Melinda Qeyts
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts həyat yoldaşı Melinda ilə 27 illik evlilikdən sonra bu ilin may ayında boşanıblar. Cütlüyün bu evlilikdən Cennifer, Fibi və Rori adlı 3 evladı var.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT2. Ebru Gündeş ve Rza Zərrab

11 illik evliliklərini qalmaqallı bitirən cütlük bu il rəsmi olaraq boşanıb. Cütlüyün 10 yaşında Alara adlı bir qızı var.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT3. Necati Şaşmaz və Nagihan Kaşıkçı

2012-ci ildə ailə həyatı quran cütlük evliliklərini həmişə gözdən uzaq yaşayıblar. Buna baxmayaraq, onlar qəfil bir qərar ilə boşanıblar. 2.5 il davam edən boşanma prosesi, nəhayət 2021-ci ildə başa çatıb. Cütlüyün Ali Nadir Şaşmaz və Yusuf Emir Şaşmaz adlı 2 oğlu var.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT4. Conni Depp və Ember Herd

Aktyorlar 2015-ci ilin fevral ayında evlənib və 15 aydan sonra Herd ərini məişət zorakılığında günahlandırıb. Daha sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Onlar bu il rəsmi olaraq boşanıblar.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT5. Sıla Gəncoğlu və Hazer Amani

Ötən il münasibətə başlayan ikili qısa zamanda nikah masasına oturmuşdu. Hətta sadə bir toy mərasimi ilə evlənən cütlük ani bir qərarla 1 ildən sonra boşanıb.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT7. Nur Fettahoğlu və Levent Vəziroğlu

8 il əvvəl evlənən cütlük 2015-ci ildə boşanmaq üçün məhkəmətə müraciət etsə də, sonra barışmağı qərara alıblar. Problemlərini həll edə bilməyən ikili bu il evliliklərini bitiriblər.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT8. Merve Dizdar və Gürhan Altundasar

İyun ayında sürpriz bir qərarla 3 illik evliliklərini bitirən cütlük hələ də dostluqlarını davam etdirir. Hətta şəxsi "Instagram" hesablarında belə birlikdə çəkdirdiklərini şəkilləri silməyiblər.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT2021-ci ildə boşanan və ayrılanlar arasında bizim məşhurlar da var. Bunlardan biri "Fəlakət" obrazı ilə tanıdığımız Elşən Orucovdur.

Elşən Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Cütlük bu il boşanıb. Onların bu nikahdan bir qız övladları var.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENTƏməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən rəsmi olaraq bu il boşanıb. Cütlüyün fevralın 1-də təmtaraqlı toy mərasimi baş tutmuşdu.
2021-ci ildə boşanan MƏŞHUR CÜTLÜKLƏR - FOTOLENT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3075   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr