DYP-dən "tələsirdim" deyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərə XƏBƏRDARLIQ

DYP-dən "tələsirdim" deyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərə XƏBƏRDARLIQPaytaxt ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri təəssüf doğurur. Daha əvvəl də bu istiqamətdə bir çox materiallar hazırlamışıq. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəblər arasında piyada məsuliyyətsizliyi ilə yanaşı, sürücü diqqətsizliyi də (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və s.) var.

Cəmiyyəti, eləcə də yol polisini narahat edən əsas məsələlərdən biri isə inzibati xəta və yol qəzaları zamanı sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının hadisəni izah edərkən "tələsirdim", "görmədim" kimi ifadələr işlətməsidir. Təəssüf ki, bir nəfərin "tələsməsi" özü də daxil olmaqla bir və ya bir neçə hərəkət iştirakçısının həyatına son qoya bilər.

Sonrakı peşmançılığın fayda vermədiyi kimi, məsuliyyətsizliyin qurbanı olan hərəkət iştirakçıları da geri qayıtmır. Bununla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici videoçarxlar hazırlanır, məlumatlar paylaşılır.

Görəsən bu kimi hallara yol verən sürücüləri hansı məsuliyyət gözləyir? "Tələsirəm" demək sürücüləri məsuliyyətdən azad edirmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, baş vermiş qəzalar təhlil edilən zaman bir çox səbəblər ortaya çıxır:

"Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələri araşdırılır. Aparılan araşdırmalar və statistikalar isə qəzaların əsasən sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı ucbatından baş verdiyi məlum olur. Cəmiyyəti eləcə də bizi narahat edən əsas məsələlərdən biri isə qəzanın baş verməsinə səbəb kimi hər kəsin "tələsirdik" deməsidir. Bu ifadə çox böyük təəssüf hissi doğurur. Sürücülər və digər hərəkət iştirakçılarının qəza zamanı "tələsirdik" deyərək vəziyyəti izah etmək cəhdləri isə "qanunvericiliyi bilmirdim" ifadəsi kimi qəbuledilməzdir.

Çünki "tələsirdik" və ya "bilmirdim" ifadəsini işlətmək çox rahat ola bilər, lakin qəza zamanı kiminsə həyatını itirdiyini düşünün. "Tələsirdim" deyib sürət həddini aşan sürücülər bədbəxt hadisə zamanı bunu kiminsə ailəsinə deyə bilərmi? Ya da həmin "tələsmək" ona öz canı bahasına başa gəlsə, necə? Odur ki, bu, hamımızı ciddi şəkildə narahat edir. Sürücülər, piyadalar, eləcə də digər hərəkət iştirakçıları unutmamalıdırlar ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara ciddi riayət olunmalıdır ki, ölümlə və xəsarətlə nəticələnən qəzalar baş verməsin.

Bu cür məsələlərdən yeganə çıxış yolu isə məsuliyyət hissinin artırılmasıdır. Xüsusilə sərnişindaşıma fəaliyyət göstərən sürücülərdən, mopedlərlə kuryer fəaliyyəti göstərənlərdən xahiş edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünsünlər. Çox ağır olsa da, son 11 ayın statistikasına görə, paytaxt ərazində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub ki, nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb. Bu insanların içərisində yəqin ki "tələsənlər" və "bilməyənlər" az olmayıb!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 729   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr