Tələbələrin təqaüdü artırılır - SƏRƏNCAM
"Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 300 manatdan 360 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən müavinət 180 manatdan 216 manata qaldırılır.
Bundan başqa, dəyişiklikliyə əsasən, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manata artırılır.
Eyni zamanda, magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 120 manat 144 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüd 80 manat 96 manata qaldırılır.
Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 110 manatdan 132 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manat 90 manata artırılır.
Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata qaldırılır.
Peşə təhsili müəssisələrində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manata, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüd 60 manatdan 72 manata, akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manata artırılır.
Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi