Bakıda 3 mindən çox ağac kəsiləcək - SƏBƏB

Bakıda 3 mindən çox ağac kəsiləcək - SƏBƏBBakı Şəhər İcra Hakimiyyətində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün çox əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.

Müşavirədə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, ağacları qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində Nazirlik tərəfindən bu günə kimi 3000-dən çox bu xəstəliyə yoluxan ağacın kəsilməsi barədə rəy verilib. Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib.

Müzakirələrdə çıxış edən alimlər və mütəxəssislər dünya ölkələrinin praktikasında oxşar halları, o cümlədən qonşu Gürcüstanın da nümunə gətirərək bildirdilər ki, bu xəstəlikdən qurtulmağın yeganə yolu xəstə ağacların kəsilməsi, utilizasiya edilməsi, çıxarılan ağacların yerinin və ətrafdakı ağacların dərmanlanmasıdır.

Müşavirədə bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində bu günədək bir sıra vacib aqrotexniki tədbirlərin həyata keçirilməsi vurğulanıb, bununla yanaşı operativliyin artırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən xəstə ağaclarla bağlı rəy verilməsini, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin isə bu ağacların kəsilərək utilizasiyası işlərinin tezləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Həmçinin qərara alınıb ki, Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspert dəvət edilsin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1020   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr