Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTO

Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTOKulis.az Xalq artisti Tükəzban İsmayılova ilə bağlı 10 maraqlı faktı araşdırıb.

Oxu.Az bu faktları təqdim edir:

1. Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar Qaryağdıoğlu onu yanına çağırıb. Dinləyəndən sonra "bu qızdan yaxşı oxuyan olacaq", - deyib.

2. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub.

3. Tükəzban xanımın yaradıcılığının ilk illəri II Dünya müharibəsinə təsadüf edib. O, müharibə vaxtı təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

4. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu "Qatar", "Xaric segah", "Şahnaz", digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. "O olmasın, bu olsun" filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.
Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTO5. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi.

Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra "Azərbaycan estradasının primadonnası" adlandırılır.

6. Ancaq İlhamənin beş yaşı olanda Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü yollarını ayırmağa qərar verirlər. Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. O, Həbib Bayramovdan 3 yaş böyük olub.
Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTO7. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edib, oxumağa yox, susmağa üstünlük verib.

8. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

"Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam… Hər iki ailəmin tək qızı olmuşam".

9. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

10. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir.

Əməliyyat uğurlu başa çatsa da, sətəlcəmdən əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2983   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. AZƏRTAC-a istinadən xəbər verir ki

1 yanvar
.

Prezidentin gəlinindən Yeni il - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Yeni il ab-havalı fotolar paylaşıb. Axşam.az xəbər verir ki, Alena şəkillərə bunları yazıb:. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir, Yeni 2026-cı ilin hər kəsə uğur, sülh və firavanlıq gətirməsini arzulayıram"

31 dekabr 2025
.

2025-ci ilin son gününün havası açıqlandı

Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı

30 dekabr 2025
.

Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif BİR MANAT olacaq

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. xəbər verir ki, bununla bağlı Tarif (qiymət) Şurası qərar qəbul edib. Bildirilib ki, "Elektroenergetika haqqında" və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən

30 dekabr 2025
.

Xəzər Universitetinin departament müdiri vəfat edib

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Binnət qızı Arazova vəfat edib. xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd edək ki, R.Arazova 1995-ci ildən Tarix və arxeologiya departamentinin müdiri, 199-cu ildən isə "Azərbayca

31 dekabr 2025
.

Sutka cəmi 19 saat olub: SENSASİYALI KƏŞF

Təxminən bir milyard il ərzində Yer üzündə sutkanın uzunluğu Ay və atmosfer gelgitləri arasındakı tarazlıq səbəbindən təqribən 19 saat səviyyəsində qalıb. Uzaq keçmişdə Yer elə bir uzun dövr yaşayıb ki, onun fırlanma sürəti demək olar dəyişməyib və sutka təxminən 19 saat davam edib. Bu nəticəyə alimlə

2 yanvar
.

Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plena

30 dekabr 2025
.

Güclü külək Bakıda binanın damını uçurdu - Video

Səhər saatlarından hökm sürən güclü külək paytaxtda fəsadlar törədib. Bununla bağlı sakinlər "Qafqazinfo"ya müraciət ediblər. Belə ki, güclü külək Xətai rayonu, Gəncə prospekti 113 ünvanındakı binalardan birinin damını uçurub. Hadisə yerindən görüntüləri təqdim edirik:

31 dekabr 2025
.

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb. Bu barədə -a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib. Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:. "Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəs

31 dekabr 2025