Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcəkMüddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, "leytenant" hərbi rütbəsi aşağıdakılara verilir:

• hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara;

• bu halda ehtiyatda olan "leytenant" hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir: qadın-məzunlara ailə vəziyyətinə görə; dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla);

• hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara;

• müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara;

• tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında "ehtiyatda olan leytenant" hərbi rütbəsi verilir;

• müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə - ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə;

• ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara - müddətli həqiqi hərbi xidməti bitirdikdə;

• ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) - gizirlərə və miçmanlara;

• ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra - müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə;

• zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara;

• mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə - zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə.

Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 935   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr