"Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər.
Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji mühit, reabilitasiya və inkişafyönümlü xidmət modelləri ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar . Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları ilə maraqlanıb, bayram sevincini bölüşüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz, sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə fəaliyyət göstərir. Qeyd olunub ki, uşaqların psixososial rifahının gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması mərkəzin əsas prioritetləri sırasındadır.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.
Tədbir çərçivəsində Leyla və Arzu Əliyevalar "AzərEnerji" ASC tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına da baxış keçiriblər. Qeyd olunub ki, nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli təşkilinə töhfə verəcək.
Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 01 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabr