Xoşqədəm Afrikadan övladlığa uşaq götürmək istəyir - VİDEO
"Afrikaya getmək çoxdankı arzum idi. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu düşünmürdüm. Təsəvvür edin ki, orada hər gün nə qədər uşaq susuzluqdan ölür. Biz Afrikada "ağıllı kənd" layihəsini bir kənd üçün düşünmüşük. Orada səkkiz su quyusu qazılacaq və kənd elektrik enerjisi ilə təmin ediləcək".
Bunu "Diqqət efir" verilişində ARB-də yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsini icra edən "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, tikilən bulaqlara şəhidlərimizin adı veriləcək.
Xoşqədəm Hidayətqızı Afrikanı seçməsi ilə əlaqədar vətəndaşlarda yaranan suallara da aydınlıq gətirib:
"Mənə sual verirlər ki, niyə burada yox, Afrikada? Bu, məni üzdü. Mənim üçün dünyanın hansı ölkəsinin olmasının fərqi yoxdur. Əgər onları o vəziyyətdə görürəmsə və onlara yardım edəcək mərhəmətli insanlar varsa, onlara əl tutmağın nəyi pisdir? Mən dünyaya tam fərqli baxıram".
Aparıcı həmçinin Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu da bildirib:
"Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1836 Tarix: 22 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabr