Ölkə Prezidentinin vətəndaşlara qayğısı minnətdarlıqla qarşılanır

Ölkə Prezidentinin vətəndaşlara qayğısı minnətdarlıqla qarşılanırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın hərtərəfli tərəqqisi, insanların sosial rifahı naminə müdrik siyasəti, qəbul etdiyi ardıcıl mühüm qərarlar əhali tərəfindən daim dəstəklənir. Vətən müharibəsində Böyük Qələbəmiz Prezident-Xalq birliyinin təntənəsi olub.
Verdiyi vədləri şərəflə yerinə yetirən dövlət başçısı hər bir vətəndaşın prezidenti olduğunu Vətənə və xalqa sədaqətlə xidmət etməklə təsdiq edir. Bütün bunlar vətəndaşların ölkə rəhbərinə ünvanladığı çoxsaylı məktub və müraciətlərdə də aydın ifadə olunur.
Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə, o cümlədən şəhid ailələrinin və müharibə iştirakçılarının qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılır. Pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, videoformatda mütəmadi qəbullar keçirilir.
Cari ildə videoqəbullar zamanı paytaxtın və müxtəlif rayon və şəhərlərin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsindən olan ümumilikdə 700-ə yaxın vətəndaşların, şəhid ailə üzvlərinin və hərbçilərin müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülüb.
Dekabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtda və bölgələrdə yaşayan vətəndaşların növbəti videoqəbulu keçirilib.
Regional ədliyyə idarələri vasitəsilə qəbula qoşulan hər bir vətəndaş diqqətlə dinlənilib, onların ədliyyə fəaliyyətinə dair müraciətləri araşdırılması üçün nəzarətə götürülərək, konkret tədbirlər görülməsi ilə bağlı aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar dövlət başçısı İlham Əliyevin əvəzsiz xidmətləri ilə ölkəmizi daim irəli apardığını, öz Prezidenti ətrafında "dəmir yumruq" kimi sıx birləşən xalqımıza böyük qələbə sevinci yaşatdığını bildirərək, ölkə rəhbərinə əlamətdar yubileyi münasibətilə sevgi dolu səmimi təbriklərini çatdırıblar.
Həmçinin, vətəndaşların qayğılarına həssaslıq və diqqətlə yanaşılaraq müraciətlərinin dinlənilməsi üçün videoqəbulların keçirilməsindən məmnunluq ifadə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 927   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr