Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?

Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verillib.

Sonxeber.az qafqazinfo-ya istinadən rütbələri artırılan FHN-in yüksək vəzifəli zabitləri ilə bağlı məlumatları təqdim edir.

Ötən gün rütbəsi artırılan iki general-leytenantdan biri olan İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə general-mayor rübəsini də bu vəzidə ikən alıb. Bu, 2006-cı ilin dekabrında baş verib. O, hazırda FHN-in Mülki Müdafiə Qoşunlarının komandanıdır.

Rütbəsi artırılan digər general Şahmar Ənvər oğlu Paşayev isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. O, FHN-ə 2015-ci ildə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi kimi gəlib. Ş.Paşayev FHN-ə gəlməmişdən öncə isə polis kimi fəaliyyət göstərib.
Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?Şahmar Paşayev vaxtilə DİN-də məşhur simalardan biri olub. Şamaxının polis rəisi ikən istefa verən Paşayev, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində də çalışıb. Oğlu Turab Paşayev hazırda Binəqədi RPİ-nin 7-ci bölməsinin rəisidir.

General-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir. 1982-ci ildə Şəmkirdə anadan olub.

Polkovnik rütbəsindən general-mayora yüksələn Əşrəf Məmməd oğlu Qasımov isə qurumun Aviasiya dəstəsinin rəisidir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev də polkovnikdən general-mayor rütbəsinə yüksəlib. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5461   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr