Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? - AÇIQLAMA

Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? - AÇIQLAMAKoronavirus əlamətlərinə hərarət, öskürək, həmçinin qoxu və dad hisslərində itkilər aiddir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa müsahibəsində deyib.

Həkim dad-qoxu pozğunluqları ilə koronavirus arasındakı əlaqələrdən danışarkən bildirib ki, dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır:

"Koronavirus pandemiyasının ən sərt dövründə yoluxmuş insanların əksəriyyətində dadbilmə və iybilmə hissinin azalması müşahidə olunurdu. Hazırda COVID-19-a yoluxmuş şəxslərdə bu şikayətlərə az-az rast gəlinir. Buna səbəb koronavirusa qarşı insan bədəninin müqavimətinin artmasıdır. Eyni zamanda, COVID-19-un virus yükü dəyişib. Dad və qoxu hissi bir-biri ilə sıx bağlıdır. Qoxunun itməsinin dad hissinə çox təsir etdiyini demək olar. Adətən dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə olunur. Dadbilmə hissinin itməsi daha tez bərpa olunur, nəinki iybilmə. Dadbilmə hissinin pozuntusu tez başlayır və 2-3 günə bərpa olunur. Amma iybilmə pozuntusunun bərpası daha çox vaxt aparır. Bəzi xəstələr var ki, onlarda qoxu itməsi bir həftəyə bərpa olunur, bəzilərində isə bu proses aylarla davam edir.

Unutmamalıyıq ki, koronavirus yeni bir xəstəlikdir. Dadbilmə və iybilmə funksiyasının pozuntularının ciddi şəkildə görüldüyü və bərpasının hətta 1 ildən çox çəkdiyi xəstələrimiz var. Bu səbəbdən yoluxmamaq daha gözəl müalicə üsulu hesab edilir. Zamanında peyvənd olunmaq və COVID-19-a qarşı immunitet qazanmaq ən doğru seçimdir".

Həkim onu da qeyd edib ki, qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur:

"COVID-19-un səbəb olduğu qoxu və dadın itməsi ilə qrip və ya soyuqdəymənin səbəb olduğu qoxu-dad itkisi arasında da əhəmiyyətli fərqlər var. Koronavirus xəstələrinin qoxusunun itməsi virusun burun, boğaz, dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə halında isə hava yolunun maneə törətməsi səbəbindən qoxu-dad hissi dəyişir. Qrip zamanı itən qoxu və dad itkisinə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları zamanı burun tıxanıqlığı dad hissini azaldır. Koronavirus isə dad hissinə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır"./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1116   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr