"Neftçi" afrikalı futbolçusu ilə yollarını ayırır

"Neftçi" afrikalı futbolçusu ilə yollarını ayırır"Neftçi" klubu qış transfer dönəmində futbolçusu Mamadu Kane ilə yollarını ayıra bilər.

"Report"un əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"una qayıdacağı gözlənilir.

Komanda bir neçə legioneri ilə vidalaşacağı üçün qvineyalı oyunçuya ehtiyac duyub.

Kanenin millidəki komanda yoldaşı Mendi Kamara Afrika Millətlər Kubokunun oyunları üçün dəvət almayıb. "Olimpiakos" onu satmaq istəsə də, hələlik bu səbəbdən fikrindən daşınmalı olub.

Yunanıstan klubunda daha əvvəl legionerlərin çoxluğu çempionatdakı limitə görə əsas göstərilib və bu səbəbdən Mamadu Kane icarəyə verilib. Artıq bu məsələ də həllini tapmaq üzrədir. Çünki "Olimpiakos" bir neçə legioneri ilə vidalaşmaq ərəfəsindədir. Portuqaliyalı Ruben Semedu karyerasını ölkəsində davam etdirəcək. Dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edən 27 yaşlı oyunçu karyerasını "Portu"da davam etdirməyə çox yaxındır. Baş məşqçi Pedro Martins serbiyalı müdafiəçi Svetazor Markoviçi də komandada görmək istəmir. Onun da qışda başqa kluba keçəcəyi ehtimal olunur. Müqaviləsi başa çatan mərakeşli hücumçu Yusuf El-Arabi ilə maliyyə məsələlərində hələlik razılıq əldə olunmayıb.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a açıqlamasında bununla bağlı kluba rəsmi məlumat daxil olmadığını bildirib:

"Mamadu Kane hazırda milli komandasının düşərgəsinə yollanıb. Yunanıstan tərəfindən bizə hansısa məlumat gəlməyib".

O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1264   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fənərbaxça" "Liverpul"a qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"

4 noyabr
.

"Sabah" Zinəddinlə yollarını ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi

6 noyabr
.

"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi

"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki

8 noyabr
.

DÇ-2028: Azərbaycan - Latviya oyununun hakimləri açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub. Bu barədə -a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. XII qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikol

6 noyabr
.

Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"

Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça

31 oktyabr
.

"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır

"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"

7 noyabr
.

"Qarabağ" klubu 4500 manat cərimələnib

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik

3 noyabr
.

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib

"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul

5 noyabr
.

DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb. xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib. Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku

6 noyabr