Rusiya Müsəlmanlarının lideri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Müsəlmanlarının lideri Prezident İlham Əliyevi təbrik edibRusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə Şurasının üzvü şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.

Sonxeber.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.

Dərin hörmətlə dünyanın hər yerindən ünvanınıza gələn təbriklərə qoşulur, Rusiya müsəlmanlarının salamlarını və ürək sözlərini Sizə çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası və ölkənizin qardaş ümməti ən çətin sınaqlardan ləyaqətlə keçib. Dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqın, bütün cəmiyyətin böyük vətənpərvərliyini məmnunluq hissi ilə qeyd edirik. Azərbaycan daim zamanın bütün çağırışlarının öhdəsindən gələn vahid, monolit cəmiyyətə malik multikultural ölkə olub, bu gün də belədir.

Əminik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bundan sonra da iqtisadi inkişafını, beynəlxalq siyasi statusunu, bütün cəmiyyət üçün faydalı olan konfessiyalararası dialoqu ardıcıl surətdə inkişaf etdirəcək. Uca Yaradan belə xeyirxah əməllərinizdə Sizə qüvvət və xeyir-dua versin!

Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1127   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr