Paşinyanın Əliyevlə təkbətək görüşmək niyyətinin arxasında nə dayanır? (ŞƏRH)
"Sankt-Peterburqda tərəflər arasında dəmir yolu ilə bağlı qərarlar qəbul oluna bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşmək niyyətini bildirməsi fonunda, bu görüşdən gözləntiləri dəyərləndirərkən deyib:
"Görünən odur ki, tərəflərin Brüssel görüşündən sonra müəyyən məsələlərdə irəliləyişlər var. Paşinyan dünən özü də qeyd edib ki, bəzi mövzularda fərqli düşündüyümüz görünsə də, təmasda olanda başa düşürük ki, fikirlərimiz bir-birinə daha çox uyğundur, nəinki ziddiyyət təşkil edir".
Həmsöhbətimiz bu qənaətdədir ki, artıq qərarların qəbul edilməsi dövrünə gəlmişik:
"Hökumətlərarası kommisiyanın nəqliyyat, sərhədlərin delimitasiyası, demarkasiyası və sülh müqaviləsinin işlənib hazırlanması istiqamətində artıq qərarların qəbul edilməsi zamanı yetişib. Mövcud mühit tam olaraq buna imkan verir".
Ekspert düşünür ki, Sankt-Peterburqda artıq razılıq əldə olunan mövzularla bağlı, konkret olaraq dəmir yolu ilə əlaqədar hökumətlərarası kommisiyanın iclası keçirilə və qərarlar qəbul oluna bilər:
"Avtomobil yolu marşrutunun istifadə qaydası isə hələlik müzakirə edilir. Sankt-Peterburq görüşündən öncə Rusiya baş nazirinin müavini Overçuk bölgəyə səfər etdi. Bu da o deməkdir ki, həmin müstəvidə işlər gedir. Belədə, Sankt-Peterburqda müəyyən qərarların qəbulu və yaxud tet-a-tet görüşün olması ehtimalı var. Bir sözlə, bəzi qərarların gələn ilin əvvəlində qəbulu üçün artıq müəyyən tarixlər bəlli ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov