Koronavirusa yoluxanların sayı 280 milyona çatır
Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.
Gün ərzində koronavirusa yoluxma hallarının sayı 279 milyon 477 min 572-yə yüksəlib.
Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib.
Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür. ABŞ-da 52 milyon 95 min 411 yoluxma və 816 463 ölüm halı qeydə alınıb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 milyon 786 min 802, ölənlərin sayı isə 479 682 nəfərə çatıb.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1047 Tarix: 26 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulHitlerin doğulduğu ev polis bölməsi oldu - Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir
23 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulDünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyul