Xankəndidəki Frankofoniya Mərkəzi və Fransa bayrağı barədə yalnız bir sual - FOTO

Xankəndidəki Frankofoniya Mərkəzi və Fransa bayrağı barədə yalnız bir sual - FOTOFransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri bir sıra maraqlı detalları üzə çıxarıb.

Belə ki, siyasətçini müşayət edən həmkarı Bruno Retayonun (Fransa senatındakı Respublikaçılar Partiyası qrupunun rəhbəri) sosial şəbəkə paylaşımlarında hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Xankəndidə Frankofoniya Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında qondarma respublika bayrağ ilə yanaşı Fransa dövlət bayrağının da dalğalanması məlum olub.

Düzünü desək, ermənilərin həyasızlığı bizi heç də təəccübləndirmir. Amma uzun illər ərzində münaqişənin "tənzimlənməsilə" məşğul olmuş Minsk Qrupunun həmsədri və hazırda da bölgədə söz sahibi olmağa iddia edən Fransanın öz təmsilçiləri vasitəsilə beynəlxalq hüquqa zidd əməlləri ən azından təəssüfləndirməyə bilməz.

Axı Fransanın özü tərəfindən belə Azərbaycan ərazisi kimi tanınan bir şəhərdə ölkəmizin müvafiq rəsmi qurumlarının izacəsi olmadan əcnəbi dövlətə məxsus Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında həmin dövlətin bayrağının dalğalandırılması hansı beynəlxalq hüquq normalarına sığır?

Hələ bölgədə sülhyaradıcı missiyanı öz üzərinə götürən və bütün bu qanun pozuntularına göz yuman Rusiya sülhməramlılarından danışmırıq.

Yalnız hər iki ölkənin məsul şəxslərinə üzümüzü tutub bir sual vermək istəyirik. Görəsən, Rusiya və ya Fransa hakimiyyətinin icazəsi olmadan, məsələn Omskda və ya Tulonda Azərbaycan mərkəzi açılsaydı, onun qarşısında üçrəngli dövlət bayrağımız dalğalansaydı və bizim siyasətçilər də həmin ərazilərə icazəsiz səfər etsəydilər, onların reaksiyası necə olardı?


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2226   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanl

8 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr