Bu ölkədə şagirdlərin cinsi qeyd edilməyəcək - SƏBƏB
Yaponiyada dövlət məktəblərinə qəbul üçün müraciət edən şagirdlərdən ərizə formasını doldurarkən cinsini qeyd etmələri tələb olunmayacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə "Kyodo News" ölkənin təhsil şuralarının birgə bəyanatına istinadən məlumat yayıb.
Məsələn, Totiqi prefekturasının Təhsil Şurası "cinsi müxtəlifliyə hörmət etdiyini" bildirərək sənədlərdə gender sütununun çıxarılması ilə bağlı hər hansı bir problem gözləmədiklərini diqqətə çatdırıb.
Yenilik məktəblərə cinslərə görə qəbul üçün kvota sisteminin hələ də qüvvədə olduğu bütün prefekturalara (Tokio istisna olmaqla) təsir edəcək. Lakin paytaxtda bu sistem çoxdan tənqid olunurdu.
Qeyd edək ki, bu ilin payızında "X" cinsli ilk pasport ABŞ-da verilib. Bu yenilik özünü yalnız kişi və ya qadın hesab etməyən insanlar üçün nəzərdə tutulub. Belə pasportlar gələn ildən kütləvi dövriyyəyə buraxılacaq və tibbi arayış təqdim edilmədən də cinsin dəyişdirilməsi mümkün olacaq./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1279 Tarix: 27 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulHitlerin doğulduğu ev polis bölməsi oldu - Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir
23 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulDünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyul