Müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Hadrutda açılan bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir.
İşğaldan azad edilmiş Xocavənd rayonunda yaradılan hərbi hissə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında və onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır. Şübhəsiz ki, ordumuzun əsas dayaq nöqtəsi əsgər və zabitlərimizin yüksək döyüş hazırlığı, peşəkarlığı və qələbə əzmidir. Vətən müharibəsi ordumuzun tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu göstərdi.
Dövlət başçısı hərbi hissənin açılışında çıxış edərək bildirmişdir: "Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir."
Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. Bu məqsədlə son illərdə paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib, Prezidentin ehtiyat fondundan bu məqsədlə xeyli vəsait ayrılıb. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cənab Prezident çıxışında cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəyini də bildirmişdir.
Dekabrın 24-də ölkə başçısının digər bir mühüm səfəri Şuşa şəhərinə idi. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdikdən sonra Prezident İlham Əliyev cıdır düzündə çıxış etdi.
Bildiyimiz kimi ad günlərində belə Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini isə Qarabağda - Şuşada keçirtdi.
Aysel Mənsimova - politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı