Yanğında ölənlərin ailəsinə 15 min manat veriləcək

Yanğında ölənlərin ailəsinə 15 min manat veriləcəkBinəqədi rayonu ərazində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb.

Sərəncamda deyilir ki, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanların hər birinə 5 min manat, bu binanın sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.

Məlumata görə, baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov binanın durumundan danışıb. O, bildirib ki, mütəxəssislər yoxlama aparıblar. Bina bərpa olunacaq. Bunun üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək. Təmir-bərpa işləri üçün ilkin vəsait də ayrılıb. Mənzillər dövlət hesabına məişət əşyaları ilə təmin ediləcək.

Onun sözlərinə görə, bina sakinlərinin bütün kommunal borcları silinib. "Asan xidmət"in səyyar avtobusları binanın yanında fəaliyyət göstərir, sənədlər verilir.
Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən A.Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb. Bu insanların sağlamlıq durumu Səhiyyə Nazirliyinin və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə, onların hamısı tezliklə xəstəxanadan buraxılacaq.

Komissiya sədrinin söylədiyinə görə, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur./AzərTac


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 571   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər. Valideynlərini itirmi

3 may
.

Çimərlik mövsümü başlamasına az qalıb: "Elə ərazilər var ki, çirkab sular bir başa Xəzər dənizinə tökülür" - Ekoloq

Çimərlik mövsümünün başlanmasına çox az qalıb. Önümüzdəki 3 ayın çox isti keçəcəyini nəzərə alsaq, sakinlər bu aylarda dincəlmək üçün ilk növbədə də dəniz kənarı, çimərliklərə üz tuturlar. Amma bəzi çimərliklərində suyun natəmizliyi insanları narahat edir. Xəzər dənizinin çirklənməsənin səbəbi nədir

3 may
.

Nazirlik "Hyundai"nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Hyundai" markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC barəsində araşdırmaya başlayıb. xəbər verir ki, Dövlət Xidməti "Haqsız rəqabət haqqında" Qanunu

3 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may
.

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin maaşları təkcə rütbəyə görə deyil, həm də staj, təzminat, sinif, vəzifə və sosial-ailə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq dəyişir. Hərbi xidmət müəyyən bir yaşdan sonra həqiqətən çətin vəzifədir. Verilən vəzifələr və döyüş tapşırıqlarını

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

DİQQƏT! - Bu tarixlərdə "İçərişəhər"ə giriş məhdudlaşdırılacaq

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudlaşdırm

3 may
.

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunu

3 may
.

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini -a müsahibələrind

3 may