Bakıda dəhşət: Tanımadığı şəxsin telefonuna boylandığına görə öldürüldü
Bakıda mübahisə zəminində baş verən davada xəsarət alan şəxsin sonradan ölməsi ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.
Oxu.az məhkəmə istintaqının sənədlərinə əsasən, motivləri təqdim edir.
Hər şey Əbil Məcidovun (32 yaşlı) 2021-ci ilin 2 avqustunda Yasamal rayonunda yerləşən marketlərdən birində alış-veriş etməsindən sonra başlayıb.
Gecə alış-veriş etdikdən sonra marketin qarşısında dostu ilə dayanaraq (təxminən saat 01:00 radələrində) kəskin alkoqol sərxoşluğu olan, tanımadığı Haşım Daşdəmirov (32 yaşlı) onlara yaxınlaşıb.
İstintaqla müəyyən edilib ki, Haşım Daşdəmirov əlində spirtli içki ilə tanımadığı şəxslərə sataşıb.
Belə ki, o, Əbil Məcidovun telefonuna boylanıb. Bu zaman Əbil ondan uzaqlaşmasını tələb edib.
Haşım isə istədiyi yerdə dayanacağını bildirib, dostlar onun diqqətinə çatdırıblar ki, onlar namaz qılandırlar və içki ilə onlara yaxın durmasın.
Elə bundan sonra mübahisə dərinləşib, səbəb isə Haşımın onların dini inancını təhqir etməsi olub.
Əvvəllər idmanla məşğul olan Əbil Məcidov təhqirə dözməyərək Haşımın sifət nahiyəsinə yumruq zərbəsi endirib, sonra isə dostu ilə oradan uzaqlaşıb.
Zərbənin təsirindən Haşım bərk səthli, metlax örtüklü yerə arxası üstə yıxılaraq kəllə-beyin travması alıb.
Bir müddət sonra Haşım Daşdərimov ayağa duraraq evlərinə gedib. Bir neçə gündən sonra o, başında kəskin ağrılar olduğunu həyat yoldaşına bildirib.
21 gündən sonra, avqustun 23-də onu xəstəxanaya yerləşdiriblər. Həkimlər bildiriblər ki, Haşım Daşdərimovun başına su və çirk yığılıb.
O, həkimlər tərəfindən reanimasiyaya yerləşdirildikdən sonra ölüb.
Məhkəmə təqsirləndirilən şəxsin cinayətini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə) ilə tövsif edib.
Əbil Məcidov 1 il 5 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əbil Məcidov saxlanılarkən hadisə ilə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3177 Tarix: 29 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş
Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd
14 oktyabrAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrAvropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti
4 noyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrTraktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
23 oktyabrNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabr