Zabit Səmədov şirkət açır: Azərbaycanın iki güclü idmançısı qarşı-qarşıya
Kikboksçu Zabit Səmədov MMA və kikboksinq üzrə promouter şirkəti açır.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:
"Hazırda "Zabit Səmədov" döyüş məktəbinin zalında Tofiq Musayev, Vüqar Kərəmov kimi idmançılar məşq edir. Biz "TT Fight" kimi ölkənin aparıcı döyüş klublarına, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərova da müraciət etmişik.
Onların idmançılarını yaradacağım şirkətin rəhbərliyi altında döyüşə dəvət edirik. Hər çəki üzrə səkkiz idmançı arasında seçmə turnir təşkil edəcəyik. Qaliblər Bakıda təşkil edəcəyimiz beynəlxalq turnirdə mübarizə apara biləcək. Əgər xaricdə belə MMA döyüşləri təşkil olunursa, niyə Bakıda beləsini keçirməyək?!"
O bildirib ki, bu şirkətin rəsmi adı gələn ilin əvvəlində bilinəcək: "Hazırda sənədləşmə işləri üzərində işləyirik. Şirkətin adını hələ ki "Zabit Səmədov" kimi adlandırırıq. Ancaq yeni ad olacaq".
Zabit Səmədov onu da bildirib ki, MMA-da yüngül çəkidə Azərbaycanın ən titullu iki idmançısı – Nəriman Abbasovla Tofiq Musayevi döyüşdürmək istəyir: "Bilirəm ki, çoxlarınız Azərbaycanın ən güclüsünün kim olduğunu bilmək istəyir. Çoxları Tofiqlə Nərimanın döyüşməsində maraqlıdır. Mən də hər iki tərəf üçün Bakıda belə döyüş keçirmək istəyirəm. İnanıram ki, hər iki tərəfdən müsbət cavab alacağam".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2291 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ" 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
"Qarabağ" 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Belə ki, "Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan 1
3 noyabr"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul
5 noyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabr"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
1 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabrMourinyo ayın ən yaxşı məşqçisi seçildi
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb
9 noyabrUmarali Raxmonaliyev evləndi
"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev ailə həyatı qurub. xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Futbolçunun toy mərasimi vətəni Özbəkistanda olub
9 noyabr