İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni təmir olunmuş parkda

İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni təmir olunmuş parkdaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Nizami Gəncəvi" adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. "Nizami İli"nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bir vaxtlar "Luna Park" adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1846   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanl

8 noyabr