"Yuxularında Şuşanı, Hadrutu geri qaytarmaq kimi axmaq xəyallara düşən daşnak tör-töküntülərinə ən layiqli cavabdır!" - DEPUTAT
Prezident İlham Əliyev 2022-ili "Şuşa İli" elan edib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik:
""Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili "Şuşa ili" elan edirəm". Bu sözləri Prezident İlham Əliyev Yeni ilin gəlişi münasibətilə xalqa müraciətində səsləndirdi. Artıq ənənə halını almış bu müraciətləri milyonlarla insan səbirsizliklə gözləyir və dövlət Başçısının növbəti ili necə adlandıracağı, hansı tarixi şəxsə və yaxud əlamətdar hadisəyə həsr edəcəyi barədə cəmiyyət arasında müxtəlif fikirlər səsləndirilir.
Misal olaraq göstərə bilərik ki, yola saldığımız il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ili kimi tarixə düşdü. İl boyu Nizaminin yaradıcılığına həsr olunmuş tədbirlər keçirildi. Onun Azərbaycan şairi kimi tanıdılması, əsərlərinin təbliği ilə bağlı ölkə daxilində və xaricində xeyli iş görüldü".
Deputat vurğulayıb ki, cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi birmənalı olaraq xalqımızın ürəyindən oldu:
"Mədəniyyət paytaxtımız Şuşa hər birimizin qəlbində xüsusi yer tutur. Eyni zamanda, bunun siyasi, mədəni, mənəvi əhəmiyyəti də son dərəcə böyükdür. Acı məğlubiyyətlə barışmaq istəməyən, yuxularında Şuşanı, Hadrutu geri qaytarmaq kimi axmaq xəyallara düşən daşnak tör-töküntülərinə ən layiqli cavabdır!
Digər tərəfdən, ölkə Başçımızın təbiri ilə desək, bu ilin "Şuşa ili" adlandırılması şəhərin bərpasının çox sürətlə aparılacağından xəbər verir. Bu da əslən Şuşadan olan soydaşlarımızın öz yurdlarına qayıtmasını şərtləndirəcək. 2022-ci ilin " Şuşa ili" elan olunması münasibətilə ilk növbədə şuşalıları təbrik edirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı