Prezident: "Azərbaycan heç kimdən yardım, kredit almadan bu işləri görür" - VİDEO

Prezident: "Azərbaycan heç kimdən yardım, kredit almadan bu işləri görür" - VİDEO"Bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür".

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Prezident bildirib ki, azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır:

"Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb.

Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

Yəni, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma bizim üçün bu, təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2404   Tarix: 01 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

8 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr