Putin Ərdoğandan kömək istəyir – TƏHLİL

Putin Ərdoğandan kömək istəyir – TƏHLİLRusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında yanvarın 2-də telefon danışığı olub.

Moskva-Ankara diplomatik-siyasi xəttində 2022-ci ildə baş tutan ilk danışığın məzmununda Ukrayna böhranı əsas müzakirə mövsuzuna çevrilib.

Putin-Ərdoğan danışığının mayasında dayanan əsas məsələ Kreml-Kiyev münasibətlərinin gərginləşməsi fonunda Moskvanın Ankaradan umduğu dəstəkdir.

Rusiya istəyir ki, öz təhlükəsizliyinə zəmanət verəcək hüquqi öhdəlik yaradan sazişlərin hazırlanmasına Türkiyə də töhfə versin.

Çünki:

1. Rusiya Qərblə soyuqlaşan və kəskin qütbləşmə yaradan münasibətlər sistemində ən yaxın "dostu", NATO üzvü Türkiyəni vasitəçi olaraq dəyərləndirir. Türkiyənin vasitəçiliyi Qərbə də sərf edir.

2. Rusiya-Türkiyə münasibətlərinin inkişafı ikitərəfli əlaqələrə yeni gündəlik gətirir.

Rusiyanın cızdığı strateji tablo bundan ibarətdir ki, NATO onun sərhədlərinə "qırmızı xətti keçəcək" həddə yaxınlaşmasın.

Vladimir Putinlə ABŞ Prezidenti Cozef Baydenin dekabrın 30-da baş tutan telefon danışığı görünür ki, heç də yumşaq tonda keçməyib.

Məhz buna görədir ki, Baydenlə rabitədən sonra Putinin Ərdoğanla müzakirəsi Moskvanın dəstək qazanmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.

Rusiya məqsəd güdür ki, bu ilin yanvarın 9-10-da Rusiya-ABŞ rəsmilərinin Cenevrədə gözlənilən danışıqlarında Türkiyə tərəfinin dəstəyini Moskvanın əlini gücləndirən mexanizm kimi qələmə versin.

Ümumiyyətlə yanvar ayında qlobal arenada intensiv təmaslar gözlənilir.

Cenevrə danışıqlarından sonra tərəflər yanvarın 12-də Brüsseldə müzakirələrin yeni mərhələsinə qoşulacaqlar.

ABŞ-ın Rusiyanı sanksiyalarla hədələməsi, Moskvanın genişmiqyaslı sanksiya tətbiqi variantını böyük səhv kimi xarakterizə etməsi, tərəflərin diplomatik potensiallarını yenidən dəyərləndirmək üçün fürsət tanıdıb.

Əgər hüquqi təminata dair əhəmiyyətli icra mexanizmi qurulmasa, Rusiya diplomatik təmaslarda sanksiyalar qarşılığında ata biləcək hərbi addımları diqqətə çatdıracaq.

Türkiyə Ukraynanı dəstəkləyir, amma Moskva Ankaraya "əl uzadaraq" ən azından bu dəstəyi minimallaşdırmaq istəyir.

Rusiyanın təhlükəsizliyi üçün Qərbdən qarantiya alması resepti bundan ibarətdir ki, Moskva və Vaşinqton bölünməz və bərabər təhlükəsizlik prinsipi üzrə əməkdaşlıq etsinlər.

Rusiya tərəfindən Qərbə təqdim edilən layihənin mətnində qeyd olunur ki, üçüncü ölkənin ərazisindən digər tərəfə silahlı hücum istisna edilir.

Qeyd olunur ki, tərəflər öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməsinlər.

Sənədə əsasən, Rusiya və NATO bir-birini düşmən hesab etmədiklərini təsdiqləməli, NATO Ukrayna və bir sıra ölkə ərazisində istənilən hərbi fəaliyyətdən əl çəkməlidir.

Putin-Ərdoğan danışığında liderlər Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirmək üçün qərarlı olduqlarını açıqlayıblar.

Bu, Ukrayna mövzusu ilə yanaşı tərəflərin birgə maraqlarının Cənubi Qafqazda da təmin edilməsi məsələsini də özündə ehtiva edir.

Liderlər telefon danışığında Cənubi Qafqazdakı yeni reallıqları müzakirə ediblər. Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir:

"Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Qafqaz, Suriya və Liviya ilə yanaşı regional və beynəlxalq məsələlərin müzakirə ediblər. Söhbət zamanı Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi əzmi bir daha vurğulanıb"

2022-ci ildə Türkiyə ilə Rusiya Cənubi Qafqazda mövqelərini uyğunlaşdırmağa çalışacaq. Hələlik bu iki ölkənin maraqlarının uzlaşdığı əsas platforma elə Cənubi Qafqazdır.

Ancaq Türkiyənin Rusiyaya hansı dərəcədə dəstək göstərəcəyi sual altındadır.

Qərbin həm Rusiya, həm də Türkiyəyə qərəzli münasibəti Ankara ilə Moskvanı yaxınlaşdırsa da, Türkiyə üçün Ukrayna məsələsi Kremllə əməkdaşlığın fövqündə dayanır./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2066   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr