Rusiya Ermənistanın müstəqil olmasını istəmir - Amerikalı ekspert danışdı

Rusiya Ermənistanın müstəqil olmasını istəmir - Amerikalı ekspert danışdı"Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı revanşist münasibətdə mövqeyini dəyişmək üçün iki şey baş verməlidir: İrəvanın regiondakı öz roluna baxışında ciddi dəyişiklik olmalıdır ki, bu da əhalinin maarifləndirilməsinə yönəlmiş uzunmüddətli struktur dəyişikliklərinin həyata keçirilməsinə gətirib çıxara bilər ki, bu da barışıq siyasətidir. İkincisi, üçüncü tərəflərin müdaxiləsi - məsələn, erməni lobbiçiləri və dünya üzrə mütəşəkkil cinayət qrupları revanşistlər və siyasi qruplaşmalar vasitəsilə, eyni zamanda Kreml və onun iqtisadi imkanları vasitəsilə deyilən mühitin yaradılması üçün rəsmi İrəvana təzyiqlərin arası kəsilməlidir".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Azərbaycan Avropanın əsas müttəfiqinə çevrilir:

"Nə qədər ki, Rusiya Ermənistana öz aktiv və etibarlı nümayəndəsi kimi baxmaqda davam edəcək, o zaman Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin tezliklə dəyişəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Çünki Moskvada müəyyən revanşist siyasi qruplar, lobbistlər bütün səviyyələrdə dərin kök salıb, o səbəbdən tam dəyişikliyə ümid etmək olmaz. Lakin, beynəlxalq təzyiqlər və iqtisadiyyatın şaxələndirilməsinin qaçınılmazlığı vasitəsilə müəyyən səviyyədə münasibətlərdə kompromisə getmək hallarını müşahidə etmək olar. Axı, İkinci Qarabağ müharibəsi sübut etdi ki, Rusiya Moskvanın xeyrinə olmayanda Ermənistanın köməyinə gəlməyəcək və o, həm də Ermənistanın kifayət qədər inkişaf edib, özünə nəzarət edəcək, özü özünə cavabdeh olacaq qədər müstəqil olmasında maraqlı deyil. Ona görə də Ermənistan tam əhəmiyyətsizlikdən, asılılıqdan, müstəmləkəçilikdən qaçmaq istəyirsə, zərurətdən qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməlidir.

Texniki, maddi və canlı qüvvə nisbətinin yerlə göy qədər olması səbəbindən Ermənistan çətin ki, Azərbaycan ilə yaxın gələcəkdə növbəti total müharibəyə girsin. Hətta gələcəkdə döyüşə hazır olsa belə, növbəti qarşıdurmanı təhrik etməkdə çətinlik çəkəcək.

Keçən il Azərbaycan Avropa İttifaqı tərəfindən əhəmiyyətli dərəcədə tanındı və Avropada enerji böhranı uğursuz siyasət və Rusiyanın istismar strategiyasının qarışığı ilə şiddətlənməkdə davam etdikcə, Azərbaycan Avropaya təzyiqləri aradan qaldırmaq üçün açarlardan birinə çevrilir və müttəfiq kimi qiymətləndirilməyə başlanılıb.

Üstəlik, NATO və bütünlükdə Qərb Avropa üçün çox önəmli olan siyasi qərarların astanasındadır və Azərbaycan daha çox nüfuzlu mövqedə qərar tuta bilər. Bununla də Fransada və başqa dövlətlərdə erməni lobbisinin təsirinə qarşı ehtiyat tədbirlərin görülməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin tamamilə deaktivləşdirilməsi və ya yenidən, daha obyektiv şəkildə qurulmasına, Qərbin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanın iştirakçısı olduğu məsələlərə yanaşmasını dəyişdirmək mümkün ola bilər. Ermənistanda isə bu proseslərin əksi olaraq uzun müddətdir siyasətdə kök salmış korrupsiyanın xaos halı alması, eyni zamanda İrəvanın Azərbaycanla kompromisə gəlmək yerinə öz inadını davam etdirəcəyi təqdirdə regionda geosiyasi reallıqlardan kənarda qala biləcəyi gözləniləndir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1569   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr