Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının indeksi 6,72 faiz artıb.

Bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir. Valyuta səbətində avro 57,6 faiz, yapon yeni 13,6 faiz, ingilis funt sterlinqi 11,9 faiz, Kanada dolları 9,1 faiz, İsveç kronu 4,2 faiz, İsveçrə frankı isə 3,6 faiz paya sahibdir.

İllik müqayisədə indeksə əsasən ABŞ dollarının digər 6 valyuta qarşısında dəyər qazandığını görürük. 24 noyabr tarixində indeks 96,88-i təşkil edərək il ərzində ən yüksək həddə çatıb. Halbuki analitiklər pandemiya səbəbindən dolların 2021-ci ildə ucuzlaşacağını gözləyirdilər.

Dollar indeksi niyə artır?

Qlobal inflyasiyanın artması fonunda bir sıra böyük mərkəzi banklar faiz dərəcələri ilə bağlı sabit mövqe nümayiş etdirirlər, bu da digər əsas valyutaların dəyərinin aşağı enməsinə səbəb olur.

İqtisadiyyatın bərpası isə artmaqda davam edən inflyasiya ilə bağlı narahatlıqların olması ABŞ dollarını investorlar üçün təhlükəsiz və etibarlı bir vasitə edir. Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcəsini artıra bilmə ehtimalı da dolları cəlbedici qılır. Dolayısıyla mövcud proseslər ABŞ dollarının indeksinin artmasına təsir edir.

Hazırda dollarla əlaqəli aktivlər, istiqraz və digər qiymətli kağızların da dəyəri artır. Bu, ABŞ-a mal ixrac edən şirkətlərin gəlirlərinə müsbət, Birləşmiş Ştatlardan mal və ya xidmət idxal edən korporasiyalar üçün isə neqativ bir hal hesab edilir.

İnflyasiya və dolların digər valyutalar qarşısında dəyər qazanmasının manatın məzənnəsinə təsiri gözlənilir?

Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, cari ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin edəcək və qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.

Yəni, 2022-ci ildə neft qiymətləri ilə bağlı müsbət proqnozları, eyni zamanda məhsula tələbin artacağını nəzərə alsaq, ölkəyə daxil olan xarici valyutaların həcmi baxımından məzənnədə sabitliyin olacağı proqnozlaşdırılır. Manatın məzənnəsi ilə bağlı digər müsbət göstəricilərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələməsidir.

Bəyanatda digər diqqətçəkən məqam isə inflyasiya ilə əlaqədar pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurətinin yarana bilmə ehtimalı ilə bağlıdır. Görünən odur ki, Mərkəzi Bank cari ildə inflyasiyanı cilovlamaq və manatın dəyərini saxlamaq məqsədilə faiz dərəcəsini artıra bilər./oxu.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 8980   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə

26 oktyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr