Əvvəl toyuq yaranıb, yoxsa yumurta? – Elmi Cavab

Əvvəl toyuq yaranıb, yoxsa yumurta? – Elmi CavabBu, hələ də verilən ən qədim suallardan biridir: Əvvəl hansı yaranıb – toyuq, yoxsa yumurta? İlk baxışdan sualda məntiqi tapmaca var: Əgər toyuq olmasa, yumurta haradan gələcəkdi, yumurta olmasa, toyuq haradan çıxacaqdı? Qapalı məntiq dairəsi alınır. Lakin bu, məsələyə elmi təfəkkürlə yanaşmayanlar üçün belədir.
Suala təkamül biologiyası nöqteyi-nəzərindən yanaşanlar üçün isə məsələ sadəcə, gülməli dərəcədə asan görünür.
Texniki olaraq, yumurta – nəsil artırmanın mexanizmlərindən biri olmaqla, sərt membranın (qabıq) içindəki embriondan başqa bir şey deyil. Daha doğrusu, söhbət 3 membrandan gedir: embrionun qida və tənəffüs mühitlərini təmin edən daxili yumşaq membranlar və xarici müdafiəni yaradan bərk membran. Yumurtanı soyarkən bunları hamınız görmüsünüz.

Yer kürəsində canlıların bu yolla – üçqat membranın içində gizlənən embrionun köməyilə nəsil arıtması təxminən 340 milyon il əvvəl başlayıb. Ona qədər də canlılar yumurta qoyurdular, lakin bu proses daha çox suda baş verdiyindən, həmin ibtidai proto-yumurtaların üst qabıqları bərkimirdi. Bu gün gördüyümüz şəklini alana qədər yumurta böyük təkamül yolu keçib.

Amniotik (daxili ehtiyatları təmin edən üç membranlı) yumurtanın yaranması planetdə həyatın inkişafında böyük bir addım olub. Məhz amniotik yumurtanın yaranması həyatın sudan quruya çıxmasında həlledici rol oynayıb.

Bu gün yumurta qoymaq yolu ilə çoxalan bütün canlıların elmə məlum olan sonuncu ümumi əcdadları tetrapodlar təxminən 370-340 milyon il əvvəl yaşayıblar. Bugünkü məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar ilk amniotlardan törəyiblər.

Bəs ilk toyuqlar nə zaman yaranıb? Bunun üçün əvvəlcə müəyyən mərhələdə proto-toyuqların DNT-sində qalıcı mutasiya baş verməli və növbəti nəslə ötürülməli idi. Bu mutasiya cənub-şərqi Asiya ölkələrinin birində yaşayan cəngəllik quşlarında baş verib və müəyyən müddət sonra insanların onları əhliləşdirməsilə nəticələnib. Vəhşi toyuqların bu gün tanıdığımız şəklə düşmələri təxminən 10 min il əvvəl reallaşıb, onların formalaşması isə daha öncə - təxminən 58 min il əvvəl baş tutub. Toyuğun yarandığı tarix kimi məhz bu rəqəmi götürə bilərik.

Beləliklə, suala qayıtsaq, yumurta bundan 340 milyon il, toyuq isə cəmi 58 min il əvvəl yaranıb. Yəni nəinki yumurta toyuqdan əvvəl yaranıb, hətta yumurta yarananda toyuğun bu planetdə heç izi-tozu da yox idi! Nəinki izi-tozu yox idi, ilk yumurtadan ilk toyuğa qədər 339 milyon 942 min il vaxt keçməli idi. Yumurta toyuqdan məhz bu qədər böyükdür./oxu24.com


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8050   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr